Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Əl-Cəzirə” türkcə yayımını dayandırıb

Türkiyədə internet səhifəsi olaraq fəaliyyət göstərərn “Əl-Cəzirə” yayımını dayandırıb.

Yeniçağ.Az xəbər verir ki, “Ərəb baharı”ndan sonra Türkiyədə tv yayımları həyata keçirməyə çalışan “Əl-Cəzirə Türk” bu gündən etibarən fəaliyyətinə son nöqtəni qoyub.

“Bizi dəstəklədiyiniz üçün təşəkkür edirik” başlığı ilə yayımlanan vida mesajında bunlar qeyd edilib:

“Əl-Cəzirə Türk Dijitaldakı komandamız ötən bir neçə il ərzində həm Türkiyədən, həm də dünyadan son dəqiqə xəbərlərini, özəl dosyeləri və vacib hadisələri sizlərə çatdırmaq üçün çalışdı. Keyfiyyətli, müstəqil və etibarlı mətbuata verdiyiniz dəstəyə görə sizlərə təşəkkür edirik.

Kədərlənərək bildirmək istəyirik, Əl-Cəzirə Media Networkun həyata keçirdiyi işlərin bir parçası olan Əl Cəzirə Türk Dijitalın fəaliyyəti 3 may 2017-ci ildə sona çatacaq. Qərarımız hər nə qədər dünya səviyyəsində media sahəsində meydana gələn proseslərə uyğun olsa da, verilməsi çox çətin bir qərar idi. Əl-Cəzirə Media Network olaraq, Əl-Cəzirə Türk Dijitaldakı əməkdaşlarımıza sədaqətləri, fədakarlıqları və profesionallıqlarına görə təşəkkür edirik.”

Yeniçağ.Az

www.yenicag.az

538