“El Klassiko” matçlarının vaxtı açıqlandı

İspaniya La Liqasında yeni mövsümün El Klasiko matçlarının tarixi müəyyənləşib.

Yenicag.az La Liqanın saytına istinadla xəbər verir ki, ölkə çempionatında 2020/2021 mövsümündə “Barselona” və “Real Madrid” arasındakı ilk matç VII tura təsadüf edəcək. Görüş oktyabrın 25-də “Nou Kamp” stadionunda olacaq.

İkinci El Klasiko isə XXX turda – 2021-ci il aprelin 11-də Madriddəki “Santyaqo Bernabeu” stadionunda oynanılacaq.