Əl-Qaidə terror təşkilatının lideri Abdel Malek Droukdel öldürülüb.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fransa Müdafiə Nazirliyi məlumat yayıb.
“İyunun 3-də Malinin şimalında təşkil edilən əməliyyatda təşkilatın lideri Droukdal və digər üzvlər məhv edilib. Bölgədə İŞİD-lə mübarizə davam edir”, – deyə, Fransanın Müdafiə naziri Florens Parly deyib.