!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Əl yandıran aviabiletlər: Qiymətlər təyyarələrdən daha yüksəkdə uçur - VİDEO

!Reklam – Yazi

Yeni il yaxınlaşır, bayramı xaricdə keçirmək istəyənlərin sayı da artır. Ancaq aviabiletlərin qiyməti bir çoxlarının bu arzularını yenə ürəklərində qoyur.

Bayrama hələ bir ay vaxt qalsa da, biletlərin qiymətləri təyyarələrdən daha yüksəkdə uçur.  Rəqəmlər dodaq uçuqladır.

Yeni ili Türkiyədə keçirmək istəyən şəxs təkcə bilet üçün 800 manata yaxın vəsait ödəməlidir. Rusiya istiqamətində aviabiletlər 1000-1100, Gürcüstana 800-900, Dubaya isə 1200-1400 manat arasındadır.

Vətəndaşlar da qiymətlərdən narazılıqlarını bildirdilər.

Bu məsələ zaman-zaman Milli Məclisdə də gündəmə gətirilir. Millət vəkilləri müxtəlif vaxtlarda avibiletlərin baha olmasından söz açsalar da, görünən odur ki, vəziyyət dəyişmir.

İqtisadçı Eldəniz Əmirov deyir ki, dövlət hər il AZAL-a güzəştli gedişlər üçün subsidiya ayırır, lakin buna baxmayaraq, bilet qiymətləri azalmaq əvəzinə artmağa davam edir.

Ekspertin sözlərinə görə, aviabiletlərin baha olmasının əsas səbəblərindən biri aviabiznes sahəsində ölkədə rəqabətin yaşanmamasıdır.

Məsələ ilə bağlı “Azərbaycan Hava Yolları” şirkətinə müraciət etsək də, suallarımızı cavablandıran tapılmadı.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

www.yenicag.az

757
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv