Elariz Məmmədoğlu “Vova”ya necə çevrildi? – Video

Müğənni Elariz Məmmədoğlu özünü növbəti dəfə aktyor kimi sınayıb.

Yeniçag.az-a açıqlama verən müğənni “Toydan sonra nağara” adlı serialda rol alıb.

Elşad Zarafatsızın rejissorluğu il ərsəyə gələn serial komediya janrındadır. Müğənni burada barmen Vova rolunda çıxış edir:

“Bundan əvvəl də bir neçə filmə çəkilmişəm. İnd idə Vova Kərimov rolunu candandırıram. Vova dəyişkən xarakterli bir insandır. Arada dava edir, diqqət mərkəzində olur. Yaxşı səsi var, oxumağından da qalmır. Obraz xoşuma gəlir. Hesab edirəm ki, tamaşaçılar tərəfindən də bəyəniləcək”.

Sənətçinin aldığı qonorara gəlincə, E.Məmmədoğlu bu barədə danışmaq istəməyib:

“Maliyyə tərəfini danışmayaq. Əsas odur ki, tamaşaçılar məni bu obrazda sevsin”.

Cəvahir
Yenicag.az