Elastik ekranlı “Samsung” nə vaxt buraxılacaq?

“Samsung” şirkəti 2019-cu ilin ilk yarısında kitab kimi bükülən elastik ekranlı smartfon buraxmağı planlaşdırır.

Yenicag.az “ICTnews”a istinadən xəbər verir ki, yeni qurğu portmanat ölçüsünədək tən yarıya əyilən 7 düym diaqonallı ekran, eləcə də iki displeyin enerji ilə təmini üçün yüksək tutumlu akkumulyatorla təchiz ediləcək. Bükülmüş şəkildə ön tərəfdə kiçik displey aktiv olacaq, arxa paneldə isə kameralar quraşdırılacaq. Şayiələrə görə, istehsalına 2011-ci ildə başlanılan smartfonun təqdimatı 2016-cı ilin sonuna gözlənilsə də, buraxılışı bir neçə dəfə təxirə salınıb.

Məlumata görə, təxmini qiyməti 1500 dollar təşkil edəcək smartfon modeli “Winner” (“Qalib”) adlanır. Qiymətin baha olması qurğuya xüsusilə oyun həvəskarları arasında populyar məhsul olmağa imkan verəcək. İlkin satışlar uğurlu olacağı təqdirdə Cənubi Koreya şirkəti növbəti ilin ikinci yarısında kütləvi istehsala başlamağı nəzərdə tutur.

Elastik ekranla təchiz edilən smartfonun 2019-cu il yanvarın 8-11-də keçiriləcək “CES” sərgisində təqdim ediləcəyi gözlənilir.

COP29