“Elba”nın  “halal” kolbasalarından donuz piyi çıxdı – Rəsmi  

elba3Yenicag.az xəbər verir ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən Gəncə şəhəri, Ü.Hacıbəyov 87 ünvanında yerləşən “Elba” MMC-də dövlət nəzarəti tədbirləri aparılıb. Müəssisə müxtəlif çeşidli ət və ət məhsullarınınn istehsalı ilə məşğul olur.

Araşdırma zamanı məlum olub ki, istehsal olunan məhsullar üçün müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji təlimatlar yoxdur, istehsal olunan bir sıra məhsulların hazırlanmasında resepturalarda nəzərdə tutulmayan xammallardan istifadə olunduğu müəyyən edilib. Belə ki, bişmiş “doktorskaya” kolbasasının hazırlanması zamanı resepturada nəzərdə tutulmayan toyuq əti və nişasta, bişmiş hisə verilmiş “servalat” kolbasasının istehsalı zamanı resepturada nəzərdə tutulmayan nişasta və muskat qozu, bişmiş “lyubitilskaya” kolbasasının istehsalı zamanı resepturada nəzərdə tutulmayan əlavə biogel, nişastadan və toyuq ətindən istifadə olunduğu aşkarlanmışdır. Həmçinin yuxarıda qeyd olunan məhsulların markalanması zamanı istifadə olunan  xammallar barəsində dəqiq məlumatlar etiketləmədə göstərilmir. Bundan əlavə bişmiş hisə verilmiş “servalat” kolbasasının  resepturasında mal əti nəzərdə tutulsada istehsal prosesi zamanı yalnız donuz əti və piydən istifadə olunur. Lakin markalanmada isə mal ətinnəndə istifadə olunduğu göstərilir, “Moloçnaya” kolbasasının markalanması zamanı resepturada nəzərdə tutulan quru süd barədə məlumatlar məhsulların üzərində göstərilmir, 20.8 kq yararlılıq müddəti bitmiş sosiska məmulatları üçün süni qabıqlardan istifadə olunaraq “Elba” nişanlı sardelka məhsulu aşkarlanmışdır, müəssisədə istehsal olunan məhsulların sınaqları tam aparılmır və natrium nitritin təyini barəsində laboratoriya jurnalında qeydlər aparılmır.

Aşkar olunmuş nöqsanlarla bağlı məhdudlaşdırıcı tədbirlərin tədbiqi barədə qərar qəbul edilib.

Qeyd edək ki, “Elba” MMC Azərbaycanda çiy dönər satışı üzrə monopolist şirkətlərdən də biridir.

Yenicag.az

COP29