Elbrus dağında iki alpinist itkin düşüb

Elbrus dağında iki belaruslu alpinist itkin düşüb.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Kabardin-Balkar respublikası üzrə baş idarəsinin saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, sözügedən alpinistlərlə yanvarın 17-dən bəri əlaqə kəsilib.

Artıq 8 nəfərdən ibarət axtarış-xilasetmə qrupu və bir texnika Elbrus dağına yola salınıb.