!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Əlçatmaz arzu idi” - Kapitan nakam vidalaşdı

!Reklam – Yazi

Futbol üzrə Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Çexiyaya 1:2 hesabıyla uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Yenicag.az xəbər verir ki, təcrübəli futbolçu millidəki son oyununun ardından maraqlı fikirlər səsləndirib:

– Komanda yoldaşlarınız sizə görə qələbə qazanmaq istədiklərini söyləyirdilər. Bu amilin komandanı “yandırdığını” söyləmək olar?
– Açığı, bu cür motivasiya görmədim. Belə bir şey yox idi. Rəqib bəzi epizodlarda bizi üstələyirdi. Daha yaxşı oynaya bilərdik. Buna rəğmən, qol imkanlarımız oldu.

– Hesab 1:1 olandan sonra nə baş verdi?
– Düşündük ki, qələbə də qazana bilərik. Ancaq alınmadı.

– Yığma karyeranızdan razısınız, yoxsa yerinə yetməyən arzular qaldı?
– Hər bir idmançı böyük turnirlərdə iştirak etməyi arzulayır. Mən də istəyirdim. Əlçatmaz bir arzu idi. Düzdür, son seçmə mərhələdə buna yaxın idik, Şimali İrlandiya ilə məğlubiyyətə qədər şanımız qalmışdı. Təəssüflənirəm… Amma 16 il yığmada oynamaq da hər bir futbolçunun arzusu ola bilər. Bütün milli məşqçilərimə, komanda yoldaşlarıma təşəkkür edirəm. AFFA-ya minnətdaram. Azarkeşlərə “çox sağ ol” deyirəm. Hamı haqqını halal etsin. Azərbaycan yığmasına daha çox xeyir verə bilərdim. Alınmadı.

– Xəyal etdiyiniz bir sonluq vardı?
– Bu gün qələbə qazansaydıq, qrupda 3-cü ola bilərdik. Çexiya və Norveç kimi komandaları qabaqlamaq yaxşı nəticə olardı.

– Millini kənardan izləmək çətin olmayacaq ki?
– Əlbəttə, çox çətin olacaq. Lakin hər bir işin sonu olduğu kimi, mən də bununla barışmalıyam.

– Meydana çıxmasanız belə, oktyabrın 8-də Almaniya ilə matça gedəcəksiz?
– Komandanın yanında olacam.

– Robert Prosineçki mətbuat konfransında bildirib ki, oyunların birində Dəniz Yılmazı meydana buraxmaq istəyib, lakin o çıxmayıb. Bu barədə nə deyə bilərsiniz?
– Bu, məşqçi ilə futbolçu arasında olan məsələdi. Biz bunun şahidi olmamışıq.

– Çox məyus görünürsünüz…
– Əsas məyusluğum bugünkü məğlubiyyətə görədir. Heç vaxt məğlubiyyətlə barışmamışam, həzm etməmişəm. Oyuna çox köklənmişdim. Qələbə istəyirdim.

– Azarkeşlər sizi layiqincə yola saldılar?
– Hər birinə təşəkkür edirəm. Dəstəklədilər, adımızı səsləndirdilər. Sağ olsunlar.

www.yenicag.az

3767
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv