“Əlcəzair Müstəqillik və Gənclər bayramının 58-ci ildönümünü qeyd edir” – Səfir

“Əlcəzair hər il olduğu kimi bu gün də 5 İyul Müstəqillik və Gənclər bayramının 58-ci ildönümünü qeyd edir”

Yenicag.az xəbər verir ki, bu sözləri Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycandakı səfiri xanım Səlimə Abdelhaq əlamətdar günlə bağlı açıqlama verərkən söyləyib.

“Bu günün məğrur Əlcəzair Xalqının qəlbində yaşadılması 100 ildən artıq davam edən işğal, ədalətsizlik, zülmdən xilas olmasına və qeyri şərtsiz müstəqilliyin geri qaytarılmasına imkan verir”.

Səfir bu il müstəqillik bayramının dəfn ilə əlaqədar öz təbii və insani hüquqlarından 170 ildən artıq məhrum olmuş milli müqavimət hərəkatının liderlərindən 24 – nün qalıqlarını Fransadan geri qaytarılmasına təsadüf etdiyinə də vurğulaylb.

“Sanki taleh həmin şəhidlərin müstəqillik bayramı günü “Aliyə” qəbiristanlığı, öz müqavimət yoldaşlarının yanında dəfn edilməsini istəyirm. Azadlıq əldə etmiş Əlcəzairlilər bugün Allah və vətən yolunda şəhid olmağın ən üstün dərəcə olmasına inanaraq canlarını və qanlarını fəda etmiş şəhidlərin ruhu qarşısında hörmət əlaməti olaraq bir dəqiqəlik sükutla yad edəcək. Azərbaycanda məskunlaşan və mövcud şəraitlə bağlı Bakıda qalmış Əlcəzairlilər bu unudulmaz günü qeyd edəcəkdir. Azərbaycan Respublikasında fəaliyyət göstərən Əlcəzair Diasporasının üzvlərinə, pandemiya səbəbiylə Bakıda qalmış, Əlcəzairlilərə ən xalis təbriklərini çatdırmış və müvəffəqiyyətlər arzulayıra. Əlcəzairin daim müstəqil və çiçəklənən dövlət olması, şan və şöhrəti şəhidlərə məxsusdur. Əlcəzair və Azərbaycan dostluğunun əbədi olacaqdır”.

COP29