Əlcəzairin sabiq prezidenti Əbdüləziz Buteflika vəfat etdi

Əlcəzairin keçmiş prezidenti, Əbdüləziz Buteflika dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, o, 85 yaşında vəfat edib.

Qeyd edək ki, Buteflika ölkəyə 1999-cu ildən 2019-cu ilə qədər başçılıq edib.

2019-cu ilin fevralında Əlcəzairdə Buteflikanın prezident seçkilərində iştirakına qarşı kütləvi etiraz aksiyaları başlamış, martın 11-də Əlcəzair hökuməti ölkədə kütləvi etirazlar fonunda istefaya getmişdi. Buteflika isə apreldə vəzifəsindən ayrılıb.