!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elçibəy prezident olmaq istəyib, istəməyib? – Şərhlər

!Reklam – Yazi

elcibey06Zəlimxan Məmmədli: “Səs çoxluğu ilə prezident seçkilərində iştirak haqqında Ali Məclisin qərarı oldu”

Mirmahmud Mirəlioğlu: “Almurad Əliyev özü bilər”

Mətbuata açıqlamasında  Milli Azadlıq Hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev bildirib ki, Elçibəy prezidenti olmaq istəmirdi, onu yoldaşları məcbur etdilər”.

Görəsən, bu açıqlama nə dərəcədə həqiqəti əks etdirir?

“Borçalı” Cəmiyyətinin sədri o zamankı AXC Ali Məclisinin üzvü Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında A. Əliyevin dediklərində müəyyən dərəcədə həqiqət olduğunu söylədi. Ancaq ondan fərqli olaraq bildirdi ki, Ə. Elçibəyi məcbur etməyiblər, bu qərar sadəcə olaraq çoxluğun verdiyi qərar idi və Elçibəy də həmin qərara hörmətlə yanaşdı: “AXC Ali Məclisinin Əbülfəz Elçibəyin prezidentliyə namizəd verilməsilə bağlı keçirilən həmin sessiyasında iştirak etmişdim. Təbii ki, bəy fərqli düşnürdü. Hətta özüm də daxil bir neçə nəfər, Vaqif Səmədoğlu və Təhmasib Novruzov olmaqla azlıqda olsaq da, prezident seçkilərində iştirak etməmək haqqında mövqe bildirmişik. Buna görə bizləri xəyanətkar adlandıranlar da oldu. Ancaq çoxluqla prezident seçkilərində iştirak haqqında Ali Məclisin qərarı oldu. Bəy də Ali Məclisin qərarına sayğı əlaməti olaraq prezident seçkilərində iştirak edib”.

KXCP sədri Mirmahmud Mirəlioğlu bu məsələyə münasibət bildirmək istəmədi: “Almurad Əliyevin açıqlamalarına münasibət bildirmirəm. Nəyi necə deyər, hansı məsələyə necə münasibət bəsləyər, özü bilər”.

ELÇİN

www.yenicag.az

899
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv