!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elçibəylə bağlı müsabiqə keçirildi - FOTO

!Reklam – Yazi
Azərbaycan sabiq prezidenti Əbülfəz Elçibəyin anım gününə həsr olunan II Elçibəy Respublika Uşaq Rəsm Müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Milli Hərəkatçılar Birliyinin təşəbbüsü ilə keçirilən II Elçibəy Respublika Uşaq Rəsm Müsabiqəsinin mükafatlandırılma mərasimi keçirilib.
Müxtəlif yaş kateqoriyasında olan azyaşlı rəssamlar müsabiqəyə Elçibəyin portretləri, türkçülük, Turan ideyalarını əhatə edən, Qarabağ, Şuşa motivli rəsm əsərləri ilə qatılıblar.
Tədbiri çıxış nitqi ilə Milli Hərəkatçılar Birliyinin sədri Arif Acaloğlu açaraq sözügedən rəsm müsabiqəsinin əhəmiyyətindən bəhs edib.
Yeniyetmə və gənc rəssamların çəkdikləri rəsmlərin çox dərin məna ehtiva etdiyini bildirən Arif Acaloğlu gənc nəslin milli ideyalara böyüdüyündən duyğulandığını qeyd edib: “Qəribədir ki, bu gördüyünüz rəsmləri çəkən uşaqlar, yeniyetmələrin heç biri Elçibəyi görməyib. Ancaq onların çəkdiyi rəsmlərin mövzularına baxdığımız zaman elə hiss edirsən ki, sanki onlar Elçibəyin bütün arzu və ideyalarını ağ vərəq, kətan üzərinə köçürüblər.
Gördüyünüz bu rəsmlərin hər birinin mövzusu Elçibəyin arzu və idealları idi”.
Müsabiqə iştirakçılarının hər birini təbrik edən Arif Acaloğlu daha sonra müsabiqədə 1-ci, 2-ci və 3-cü yerin sahiblərinə mükafatlarını təqdim edib.
Qeyd edək ki, II Elçibəy Respublika Uşaq Rəsm Müsabiqəsində I yerə Əsma Cavadzadə, II yerə İlkin Səfərov, III yerə Fəttah Axundov layiq görülüb.
Digər iştirakçılar isə həvəsləndirici diplomlarla təltif olunub.

www.yenicag.az

134
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv