!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elçin Əfəndiyevin əsərləri "Azdrama"dan yığışdırıldı? - Açıqlama

!Reklam – Yazi

Yazar Rasim Qaraca xalq yazıçısı Elçin Əfəndiyev və onun atası İlyas Əfəndiyevin əsərlərinin Akademik Milli Dram Teatrının repertuarından çıxarılması ilə bağlı “Facebook” səhifəsində status paylaşıb.

Yenicag.az-a açıqlama verən sözügedən teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı xəbəri təkzib edib:

“Tamamilə yanlış məlumatdır. Hər iki yazıçının əsərləri əsasında hazırlanan tamaşalar teatrın səhnəsində uğurla oynanılıb, bu gün də oynanılır. E.Əfəndiyevin Azərpaşa Nemətovun quruluşunda hazırlanan “Cəhənnəm sakinləri” tamaşası Konya beynəlxalq teatr festivalında uğurla oynanıldı. Rasim Qaracaya teatra münasibətdə diqqətli olmağı tövsiyə edirik. Yalan məlumatla ictimaiyyəti çaşdırmaq yolverilməzdir”.

Cəvahir

www.yenicag.az

2270
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv