!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elçin Əlibəylini təhdid edən sürücüyə töhmət - *9111-dən açıqlama

!Reklam – Yazi

Tanınmış jurnalist Elçin Əlibəyli taksi xidmətindən istifadə edərkən xoşagəlməz durumla qarşılaşdığını iddia edib.

Yenicag.az xəbər verir ki, o, *9111-in sürücüsü tərəfindən təhdid olunduğunu deyib.

Saytımıza açıqlama verən *9111-in Marketinq Şöbəsinin müdiri Kristina Yaşina bildirib ki, məsələ ilə bağlı araşdırma aparılıb, aparıcıya qarşı kobudluq edən sürücüyə töhmət verilib:

“Elçin Əlibəyli qeyd edib ki, sürücü sifarişi yerinə yetirən zaman sükan arxasında telefondan istifadə etdiyi və kəməri bağlamadığı üçün narazılıq yaranıb. Bu zaman sürücü ona çox kobud şəkildə cavab verib. İddia edib ki, o, bununla bağlı bizə müraciət etsə də, biz tərəfdən məsələyə baxılmayıb. Lakin narazılıq qeydə alınan kimi bu barədə şirkətin rəhbəri Ramin Manaşırova məlumat verilib və o, dərhal Elçin bəylə məsələnin detallarını araşdırmaq üçün əlaqə saxlayıb. Nəticədə sürücü məsələ ilə bağlı ofisə çağırılıb, məsələ araşdırılıb və ona töhmət verilməsi ilə bağlı qərar verilib.

Elçin Əlibəylinin ünvanına sürücü tərəfindən olan təhdidlərə gəldikdə isə, bu barədə bu günədək bizə heç bir narazılıq və şikayət daxil olmayıb. Onu da xatırlatmaq istərdik ki, şirkət yalnız biz tərəfdən qəbul edilən sifariş zamanı baş verən hadisələrə görə məsuliyyət daşıyır. Təhdid və fiziki şiddət ilə bağlı yalnız və yalnız hüquq-mühafizə orqanları məşğul olur”.

www.yenicag.az

1694
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv