Birləşmiş Kerallıqda işgüzar səfərdə olan Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Böyük Britaniyanın milli təhlükəsizlik üzrə müşaviri Tim Barrou, Xarici İşlər, Birlik və İnkişaf naziri Stiven Douti, Böyük Britaniya parlamentinin üzvləri və digər yüksək vəzifəli şəxslərlə görüşüb.
Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycanın Birləşmiş Krallıqdakı səfiri Elin Süleymanov X hesabında məlumat verib.
Bildirilib ki, tərəflər arasında Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli münasibətlər, Azərbaycan-Ermənistan sülh gündəliyini və COP29 müzakirə olunub.
Elçin Əmirbəyov həmçinin Azərbaycan-Ermənistan sülh prosesi və COP29 mövzusunda Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutunda da çıxış edib.