Elçin Mirzəbəylinin “Xüsusi təyinatlı” marşının təqdimatı keçirildi – FOTO/VİDEO

Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) Əməkdar jurnalist Elçin Mirzəbəylinin “Xüsusi təyinatlı” marşının təqdimatı baş tutub.

Yenicag.az xəbər verir ki, tədbirin açılışında BAMF prezidenti Umud Mirzəyev deyib ki, marşın yazılması xüsusi təyinatlarımızın fəaliyyətinin önəmini özündə əks etdirir.

Daha sonra Elçin Mirzəbəyli çıxışında məşhur “Azadlıq marşı”nı gənclik dövründə yazdığını qeyd edib və əlavə edib ki, Xüsusi Təyinatlı Qüvvələr üçün marşın yazılması əhəmiyyətli bir məsələ idi.

Onun sözlərinə görə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin marşın ərsəyə gəlməsində böyük dəstəyi olub. E. Mirzəbəyli marşın sözləri və musiqinin onun, aranjemanın isə Fərahim Sadiqə məxsus olduğunu söyləyib və bunun ərsəyə gəlməsində 30 nəfərlik bir heyətin iştirakını vurğulayıb.
Daha sonra isə tədbir iştirakçıları marşı dinləyiblər. E. Mirzəbəyli marşın hər iki versiyasını təqdim edərkən bildirib ki, ilk versiyadakı “yağı düşmən” sözü çıxarılıb.
Təqdimatın sonunda tədbir iştirakçıları sözügedən bu təşəbbüsü alqışlayıblar.

Tədbir iştirakçıların müzakirələri ilə davam edib.

Ətraflı videomaterialda:

Rafi Müslümov
Samir Məcidov
Məsimə Məmmədova

COP29