Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Elçin Quliyevin Dövlət Sərhəd Xidmətinin rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Elçin İsağa oğlu Quliyev Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi təyin edilsin”.