Reklam: High Technic
hightechnic

Eldar Əzizov: “Bayılda sökülən evlərlə bağlı…”

Bayıl yaşayış sahəsi, Buxta küçəsində dağılmış, təhlükəli vəziyyətlə üzləşmiş evlərlə bağlı Fövqəladə Hallar Nazirliyinin və Nazirlər Kabinetinin mütəxəssisləri tərəfindən araşdırmalar aparılıb, müvafiq qərar qəbul ediləcək.

Yenicag.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

Onun sözlərinə görə, evlər sovet vaxtı tikilib: “Burada özbaşına tikili yoxdur, evlərin sənədləri var. İlkin ehtimala görə, evlərin resursu bitib. Elina 1 il qəzalı vəziyyətinə düşdüyü üçün Nazirlər Kabinetinin qərarı ilə köçürülüb, onlar kompensasiya alıb. Dağılan, təhlükəli ərazidəki evlərlə bağlı Nazirlər Kabineti tərəfindən qiymətləndirmə aparılıb, müvafiq qərar qəbul ediləcək”.

www.yenicag.az

7235