Eldar Əzizov pasajı təmizləyib

Uzun müddət idi ki, Nizami küçəsindəki pasaj restoranların stol qoyması nəticəsində keçilməz vəziyyətdə idi.

Yenicag.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Nizami küçəsindəki (Tarqovıy) pasajı təmizlədib.

İcra başçısının tapşırığı ilə pasaj restoranların və kafelərin stollarından təmizlənib və hərəkət bərpa olunub.