Sumqayıtın icra başçısı danışdı
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov işdən çıxarılması və yeni təyinat alması ilə bağlı yazılanlara aydınlıq gətrib. Açıqlama verən icra başçısı hazırda kabinetində olducunu və vəzifəsini icra etdiyini bildirib:
“Mən hazırda Sumqayıt şəhər İcra Hakimiyyətində, kabinetimdəyəm və vəzifəmi icra edirəm. Əgər cənab prezident məni vəzifəmdən azad etsəydi, xəbərim olardı. Dünən mətbuatda yayılan məlumatların bir əsası yoxdur”.
Qeyd edək ki, dünən adının çəkilməsini istəməyən mənbə PİA.AZ başda olmaqla bir çox saytlara Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun vəzifəsindən azad edilməsi barədə xəbər ötürmüşdü. Xəbərdə bildirilirdi ki, Eldar Əzizov vəzifəsindən azad olunaraq, Bakının Nizami rayon İcra Hakimiyyətinə başçı təyin edilib. Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov isə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub(pia.az).