Eldar Əzizovun qardaşına yüksək vəzifə verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevin əmri ilə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qardaşı Aydın Əzizov yeni yaradılan 5 Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) Səbail, Yasamal, Nəsimi rayonları üzrə sədri (baş həkim) təyin edilib.

Yenicag.az xəbər verir ki, bu barədə Unikal.org-a A.Əzizov özü məlumat verib. O, bundan əvvəl A.Əliyev Səbail rayonun tibbi-sosial ekspert komissiyasının müdiri vəzifəsində çalışırdı.

Qeyd edək ki, bundan öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevin əmri ilə Bakı şəhəri üzrə 10 Tibbi-Sosial Ekspert Komissiyalarının fəaliyyətinə son qoyulub və bunun yerinə yeni 5 tibbi-sosial ekspert komissiyası yaradılmışdı.

Fəaliyyət göstərəcək ekspert komissiyaları:

– Səbail, Yasamal, Nəsimi,

– Binəqədi, Qaradağ,

– Nizami, Xətai, Nərimanov,

– Xəzər, Pirallahı,

– Suraxanı, Sabunçu.

COP29