Eldar Həsənovun apelyasiya şikayətinə baxıldı

Bakı Apelyasiya Məhkəməsində Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənov barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməməsiylə bağlı qərardan verdiyi şikayətə baxılıb.

Yenicag.az xəbər verir ki, hakim Rəşad Abdulovun sədrliyi ilə bağlı keçirilən prosesdə şikayətin dəlilləri araşdırılıb.

Növbəti proses sentyabrın 22-ə təyin edilib.