!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Eldar Mahmudov intihar edərsə…

!Reklam – Yazi

51556Ölkə mediasında yer alan xəbərə görə ləğv olunan MTN-in Antiterror Mərkəzinin sabiq rəis müavini, polkovnik İlqar Əliyev intihar edib.

Məlumat üçün qeyd edək ki, sabiq polkovnik barəsində oktyabrda Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi. O, Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilirdi.

İ.Əliyevin intiharı həbs edilən və eləcə də hələlik azadlıqda olan digər sabiq MTN yetkililərinin intiharı təhlükəsini aktuallaşdırıb. Maraqlıdır, həbs edilən və nəzarət altında olsa da intihar etməyi bacaran İ.Əliyevin ölümü törətdikləri saysız-hesabsız qanunsuzluqlara baxmayaraq hələ də azadlığın dadını çıxaran sabiq nazir Eldar Mahmudov, MTN-nin İstintaq İdarəsinin keçmiş rəisi Mövlən Şıxəliyev və digər şəxsləri də intihara həvəsləndirə bilərmi? Azadlıqdakı MTN generallarının intiharı istintaqın işini çətinləşdirə, bir çox mətləblərin əbədiyyətə qədər sirr olaraq qalmasına səbəb ola bilərmi? Ümumiyyətlə, “MTN işi” yekunlaşana qədər adı çoxlu sayda qanunsuzluqlarda hallanan E.Mahmudov, M.Şıxəliev vədigər MTN generallarının həbsdə qalması istintaqın işinə maneəsiz davamı baxmından məqsədəuyğun olmazdımı?

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən məşhur hüquqşünas Müzəffər Baxışovun sözlərinə görə, qanunvericilik intihar edəcəyi ehtimal edilən şəxslərin həbsinə imkan vermir:
“Kiminsə özünə qəsd etməməsi üçün həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilə bilməz. Qanunda belə bir hal nəzərdə tutulmayıb. Həbs qətiimkan tədbiri o şəxslər barəsində seçilir ki, onlar bu və ya digər cinayətlər törədiblər, hansı ki, onların törətdiyi cinayətlər ağır və ya xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Bu cinayətlər ağır nəticələr törədib. Cinayət Prosessual Məcəlləsinin 155-ci maddəsinin tələblərini pozduğuna görə həmin şəxslər brəsində həbs qətimkan tədbiri seçilmədikdə, onlar istintaqa müəyyən təsirlər göstərə bilirlər. Onlar istintaqdan gizlənə və ya gələcəkdə məhkəmə hökmünün icrasına maneçilik törədə bilərlər. Digər vasitələrlə istintaqın gedişinə təsir göstərə bilərlər. Belə hallarda CPM-nin 155-ci maddəsinin tələblərinə əsasən həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilməlidir”.

M.Baxışovvun fikrincə, əslində həm E.Mahmudov, həm M.Şıxəliyev, həm də digər sabiq MTN generalları çoxlu sayda qanunsuzluğa yol verib ki, onların törətdikləri bu əməllər həmin şəxslərin həbsi üçün kifayətdir:

“Əslində E.Mahmudov, M.Şıxəliyev, MTN-də yüksək vəzifələrdə çalışan şəxslərin törətdiyi cinayət əməlləri ağır nəticələrə səbəb olan cinayət əməlləridir. Ən azından MTN-nin əsasında iki xidmətin yaradılması, faktiki olaraq MTN-nin ləğv edilməsi göstərdi ki, bunların törətdiyi cinayətlər Azərbaycan hakimiyyətinə, Azərbaycan dövlətçiliyinə, Azərbaycan dövlətinə çox böyük ziyan vurub. Bu ziyan həddindən artıq böyükdür. Bu nöqteyi-nəzərdən həmin şəxslər haqqında hökmən həbs qətimkan tədbiri seçilməli və törətdikləri cinayət əməllərinə uğun olaraq onlara qarşı ittiham irəli sürülməlidir.
Amma çox əfsuslar olsun ki, Azərbaycan hüquq dövləti olmadığı üçün, bu vaxta qədər sadalanan bu şəxslərə konkret ittihamlar verilməyib və onlar barəsinə həbs qətimkan tədbiri seçilməyib”.
Hüquqşünasın qənaətincə, əgər bu gün sabiq MTN generalları intihar edərlərsə belə, bu, istintaqın gedişinə hər hansı çətinlik yaratmayacaq:

“E.Mahmudov və ya M.Şıxəliyevin indiki halda özlərinə qəsd etməsi istintaqın nəticələrinə mənfi təsir göstərməyəcək. Onların törətdiyi cinayət əməlləri bütün Azərbaycan ictimaiyətinə bəllidir. Onsuz da istintaq orqanı bu və digər şəxslərin törətdikləri cinayət əməllərini tam, oyektiv şəkildə araşdırmayacaq. Onların törətdikləri cinayətləri tam aşkara çıxarmayacaq. Əsas olan budur ki, onlarn törətdiyi cinayət əməlləri Azərbaycan ictimaiyyətinə bəllidir və Azərbaycan ictimaiyyəti onların Azərbaycan dövləti və dövlətçiliyinə vurduğu ziyanı düzgün müəyyənləşdirir və düzgün qiymət verir”.

Yenicag.az

www.yenicag.az

485
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv