Eldar Mahmudov məmurları video ilə şantaj etməyi kimdən öyrənib? – VİDEO

Eldar-MArtıq iki gündür ki, sosial şəbəkələrdə əsas müzakirə mövzusu sabiq MTN şefi Eldar Mahmudovun çəkdirdiyi iddia olunan 2800 seks kassetidir. Bəzən ciddi, bəzən də zarafat predmetinə çevrilən bu seks kassetləri heç şübhəsiz son on ilimizdəki təyinatlar və verilən bir sıra qərarlara təsir edib. Söhbət heç də dövlətin təpəsindən deyil, ən aşağıdan ortalara və oradan da yüksək çinli məmurlara qədər hər kəsdən gedir. 

Unutmadan bir məsələni qeyd edək ki, kasset məsələsinə şərq ölkələrində daha həssas yanaşılır, nəinki qərbdə. Belə ki, Amerika xalqı seks skandallarına və Hillarini aldatdığına görə, Bill Klintonu qınamadı, əksinə Monika ilə sevgisini ictimaiyyətdən gizlətdiyi və yalan dediyi üçün qınadı. Yaxın keçmişimizin Türkiyəsində isə ana müxalifət lideri Dəniz Baykal bir kassetlə istefaya getdi.

Ümumiyyətlə, seks kassetləri ilə rəqibləri sıradan çıxarma əxlaqsızlığını Türkiyəyə gətirən nə qədər qəribə də olsa, Fətullah Gülən Şəbəkəsidir. Belə ki, Gülən ilə bağlı ilk iddianaməni yazan prokuror Nuh Mete Yüksel bu cür kassetlə “vurulub” sıradan çıxarıldı. Onun ardınca isə mərhum millət vəkili Kamer Genc yenə Gülənə qarşı çıxdığı üçün məşhur “çiçək sulama” videosu ilə “vuruldu”. Eləcə də, MHP-nin bütün ağır daşları Gülən tərəfindən kassetlə sıradan çıxarıldı. Gülən ilə qovğadan sonra Ərdoğanın qardaşının çirkin videosu da məhz “Hizmət” camaatı adlandırılan bu xəyanətkar şəbəkə tərəfindən ortaya çıxarıldı.

Eldar Mahmudovun Gülənin liseylərinin hamisi olduğunu, hətta Naxçıvandakı liseyə atasının adının verilməsinə razılıq verərək, onları qoruduğunu nəzərə alsaq, bu pis xəstəliyin ona haradan bulaşdığını da tapmaq çətin deyil.

OBXSS ağlı ilə belə bir porno studiya aça bilməyəcəyi bəlli olan Mahmudovun həmin videolardan Gülən tərəfinə vermədiyi də bəlli deyil. Çünki həyat tərzi Gülən camaatına zidd olan bəzi məmurların bu terrorçu liderin şirkətlərini canları bahasına qorumalarına başqa anlam vermək nə yazıq ki, mümkün deyil.

Ancaq işin bir də başqa tərəfi var. Ortada 2800 kassetin olduğu bildirilir. Rəqəmin özü də əslində inandırıcılıq vasitəsidir. Bununla yanaşı bəzilərinin xəbər çıxandan bəri kimlərin videolarının olması barədə fərziyyələr irəli sürmələri, bir başqasının “kimin kasseti var, açıqlasın” tipli ultimatiumları və heç şübhəsiz bəzi subay gənclərin qəhrəman ədası ilə “bizim də kassetimiz ola bilər” imici yaratmaları insanın yadına Türkiyənin “Behzat Ç” serialının məşhur bir səhnəsini xatırladır.

Orada sabiq “Qladyo”çu Məmduh Başqanla Milli Təhlükəsizlik Təşkilatının rəhbərinin arasında keçən dialoq günümüzdə yaşananların rəsmidir.

Ən yaxşısı BURADAN izləyin, özünüz qərar verin.

Və unutmayın ki, istənilən şantaj siz boyun əydiyiniz zaman silaha çevrilir.

 

Yenicag.az