!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Eldar Mahmudov “Sahil-D Kompani”ni necə ələ keçirdi? – Müdhiş dələduzluqla bağlı Prezidentə sensasiyalı müraciət

!Reklam – Yazi

 

maxresdefaultRedaksiyamızın elektron ünvanına “Sahil-D Kompani” MMC və onun təsisçisi İlham Qasımovla bağlı sensasiyalı müraciət daxil olub. Həmin müraciəti sizə təqdim edirik:

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu, F. Bayramov küçəsi 1156-cı məhəllə ünvanında yerləşən 1, 2, 3 və 4 saylı binaların tikilməsi hələ 2006-2007-ci illərdən başlamışdır, lakin bugünədək şəhərimizin strateji yerlərindən birində və Heydər Əliyev Mərkəzinin qarşı tərəfində yerləşən bu binalardan heç biri tam olaraq istismara təhvil verilməyib.

Biz sakinlərə fərqli illərdə (böyük əksəriyyəti 2011-2012-ci illərdə) satılmış olan bizim mənzillərin (460 mənzil, yəni ki 2000-dən çox ölkə vətəndaşı və bir xeyli xarici vətəndaşlar) yerləşdiyi binalar hələ də alqı-satqı müqavilələrində göstərildiyindən çox fərqli vəziyyətdədir və bu mənzilləri tikən şirkət öz işinə məsuliyyətlə yanaşmır, tikinti işlərinin vaxtında başa çatdırılması mümkün olmayıb.

Baxmayaraq ki, bir sıra sakinimiz bu binalarda mənzil aldıqdan sonra maddi vəziyyətləri çətin olduğundan və daimi yaşadıqları digər yerdə öz mənzillərini artıq satdığından dolayı ya başqa bir yerdə icarəyə mənzil tutmuş və bu binalarımızda təmirin bitməsini gözləmiş, ya da bu natamam 4 binaya köçməyə məcbur qalıb.

Bu binalarda hələ də şirkət sahibi tərəfindən birbaşa edilmiş heç bir irəliləyiş yoxdur və əksinə autsours edilmiş bir çox işlərin sahibləri (plastik qapı və pəncərələrin düzəldilib quraşdırılması, şüşələrin vurulması, liftlərin istismara təhvili və s. işlər) bu şirkət sahibinin onlara qarşı maddi dələduzluq etməsindən şikayət etməkdədir. Hətta biz sakinlər bəlkə maddi problemləri vardır deyə binanı tikən “Sahil-D Kompani” MMC-nin rəhbərliyinə öz maddi dəstəyimizi göstərmək üçün demək olar ki, hər mənzil sahibindən 3000 AZN (ölkəmizdə baş vermiş son iki devalvasiyadan öncə) vəsait toplamış və binalarımızın təmir və istismara təhvil işlərinin sürətlənməsi üçün sərf etmişik. Hal-hazirda isə bu 3000 AZN bir sıra mənzil sahiblərindən şirkət rəhbərliyi tərəfindən qeyri-qanuni alınmaqdadır ki, bu külli miqdarda vəsaitdən də binalarımızın təmirinə heç nə sərf edilməməkdədir.

Təəssüflər olsun ki, bu arada şirkət sahibi İlham Qasımov tərəfindən onun vəsaiti hesabına binaların istismara verilməsini yekunlaşdırmaq üçün demək olar ki, heç bir iş görülməmiş, əksinə mənzil sahibləri onun və ya onun əməkdaşları/qohumları tərəfindən incidilmiş, təhqir edilmiş, get-gələ salınmış, sakinlərə İlham Qasımovun qohumları və cangüdənləri tərəfindən ölümlə hədə-qorxu gəlinmiş, bir sıra mənzil sahiblərinin mənzilləri ikinci və ya üçüncü kənar şəxslərə satılmış və ya bəzən də satılmamış olsa da əsl mənzil sahiblərinə İlham Qasımov tərəfindən bu şəkildə yalan uydurulmuş və aldadılaraq onlardan əlavə vəsait tələb edilmişdir. Baxmayaraq ki, müqavilədə “payçı tərəfindən tam ödənilmişdir və Sahil-D Kompani MMC-yə borcu yoxdur” sözləri qeyd edilmişdir, amma müqavilədə göstərilmiş AZN-lə ödənişdən (əsas ödənişləri isə şirkət hamıdan zamanında dollarla tələb edib və əldə edib) əlavə olaraq insanlardan hər dəfə bu qeyd edilmiş şirkət sahibi əlavə olaraq külli miqdarda vəsait tələb etmiş, alqı-satqı müqaviləsində göstərilməmiş “təmir müqaviləsi” anlayışı ortaya atılaraq bunun üçün də 1200 AZN ödəniş tələb edilmiş və əks halda insanlar öz halal mənzillərinə buraxılmamaqdadır.

1ecf2d66-c651-41c4-97fc-e0c862e47946Şirkət bu ödənişi sayğacların quraşdırılması adıyla əsaslandırmış, lakin bununla da əhalinin cənab Prezident və ali dövlət orqanları tərəfindən verilmiş fərman, sərəncam, əmr və bildirişləri bilməməsindən ki, bu sayğacları vətəndaşlara pulsuz olaraq şirkət quraşdırmalıdır, sui-istifadə etməkdədir. Maraqlı bir məsələ burasındadır ki, hətta bu ödənişi belə etmiş sakinlərin sayğacları quraşdırılmamış və əksinə binalarda yaşayan insanlardan İlham Qasımovun binalar üzərində nəzarətçi direktor kimi qoyduğu qohumu Kənan adında şəxs tərəfindən qeyri-qanuni olaraq hər ay külli miqdarda pul tələb edilməkdədir ki, bu vəsait də təbii ki, bu çətin gündə dövlət büdcəsinə yönəldilmək əvəzinə həmin şəxsin cibinə axmaqdadır. Bundan başqa İlham Qasımovun digər bir qohumu və işçisi Ülviyyə adlı şəxs mənzil sahiblərindən öz halal zəhmətlə əldə etdikləri mənzillərində təmirə başlamaq istərkən qeyri-qanuni pul tələb etməkdədir və onları get-gələ salmaqdadır.

Binalarımızın mənzilləri və blokları nə liftlər, nə pəncərə, nə qapı, nə şüşə, nə elektrik naqilləri, nə qaz, nə kanalizasiya, nə istilik sistemləri və nə də digər müqavilədə göstərilmiş vəsaitlərlə təmin edilmiş və digər qanundan kənar addımlarla insanlar incidilmiş və hal-hazırda da incidilməkdədir. Hər nə işlər görülmüşsə biz sakinlərin təşəbbüsü və birgə maddi vəsaiti nəticəsində həyata keçirilmişdir. Şirkət sahibi onun yanına gedən sakinlərə “heç kimi saymadığını” və insanlara “haraya istəyirlərsə şikayət etsinlər” və “nə istəyirlərsə etsinlər” və s. bu kimi ifadələri demişdir. Arasında əməkdar artist, dövlət qulluqçusu, milli qəhrəman, əməkdar həkim, yüksək rütbəli zabit, universitet müəllimləri, əməkdar müəllim, Prezident Administrasiyası əməkdaşı, polis, məhkəmə əməkdaşı və digər ziyalı və vətənimizə xidmət edən insanlar olan vətəndaşlarımız binalarımızın problemlərinin həllinin və şirkət rəhbərliyinin bizlərə etdiyi əxlaqsızlıq, pislik, dələduzluq və s. neqativ hərəkətlərə görə cəzalandırılmasının ancaq cənab Prezidentin şəxsi müdaxiləsindən sonra olacağına inanırıq. Qoy İlham Qasımov kimi insanlar anlasınlar ki, onların bu tipli hərəkətləri qətiyyən, Zati-aliləri, cənab Prezident İlham Əliyevin apardığı siyasətə müvafiq deyildir və ölkə başçısı hər bir vətəndaşımızın yanındadır, necə ki, bizlər də daim onunlayıq.

Bundan əvvəllər də bir sıra qurumlara rəsmi müraciətlər edilmişdir ki, bu müvafiq insanların məsuliyyətə cəlb edilməsi üçün çox zəif təsir göstərmişdir. Təəssüflər olsun ki, həm o zamanlar və həm də indi bütün sakinlərin koordinatları bizə “Sahil-D Kompani” MMC tərəfindən müxtəlif bəhanələr gətirilərək verilmədiyindən dolayı onların ad və familiyalarını müəyyənləşdirə bilməmiş və onlarla təmasa keçmək mümkün olmamışdır. Bir sözlə əlaqə vasitələri əlimizdə olan bütün sakinlərin imzalarını toplamış və onlara qarşı İlham Qasımov və onun dələduzları tərəfindən tətbiq edilmiş çirkin addımlar Zati-liləri cənab Prezidentə ünvanladığımız məktub və qoşmalarda da əks etdirilmişdir. Görünür ki, digər mənzil sahiblərinin gizli saxlanılması İlham Qasımov və onun tərəfdaşlarına imkan yaradır ki, onlar əsl mənzil sahiblərinin xəbəri olmadan onların mənzillərini saxta sənədlərlə ikili və ya bəzən də üçlü və ya dördlü satışa çıxarsınlar. Yaxud da hər hansı bir xarici investorla təmasa keçib onun adına qeyd etdirsinlər və ona satsınlar ki, bu halda da əsl mənzil sahiblərinin işləri daha da çətinləşsin. Hərçənd ki, “Sahil-D Kompani” MMC tərəfindən bizlərə artıq 4 binamızda heç bir boş mənzil qalmadığı və bütün mənzillərin satılmış olduğu bildirilsə də kənardan bir çox tanışlarımız təsadüf olaraq bu binalara müştəri qismində cəlb edilmiş və onlara bizə məxsus olan mənzillər belə təklif edilmişdir. Bir sözlə imzalar vərəqində adları göstərilmiş şəxslər artıq bir-birimizi tanıdığımız mənzil sahibləridir və bu üzdən də bir yerə toplaşıb bu məsələni qaldırmağa macal tapmışıq. Əminliklə deyə bilərik ki, digər mənzil sahibləri də ancaq “Sahil-D Kompani” MMC-nin ofisini tanıyırlar ki, onların da əlaqə vasitələri bizlərdə olsaydı onlar da bizim rəyimizə qoşulur və öz haqlarını tələb edərdilər.

“Sahil-D Kompani” MMC-nin təsisçisi İlham Qasımov insanlara qarşı müxtəlif dələduzluq, hədə-qorxu, təhdid hərəkətləri etmişdir. Onun qəbuluna gedən insanları ağır sözlərlə təhqir etməsi və qol gücüylə öz təhlükəsizlik işçiləri və qohumlarıyla qorxutması, nalayiq sözlər işlətməsi daha biz sakinləri bezdirmişdir. Onu gördükdə açıq-aydın olaraq onun şiddətli şəkildə ya içki və ya da narkotik aludəçisi olması bəlli olur. Onun təhlükəsizlik xidməti onunla görüşmək istəyən insanlara “Siz nə danışırsız?! İlham Qasımov prezident kimi birisidir, onun qəbuluna siz ancaq bir-bir girə bilərsiniz və həm də kefiniz istədiyi bir vaxtda deyil” deməsi artıq bu insan və onun ətrafının nə dərəcədə harınlamasına dəlalət edir. Görünür ki, bu insanlar ölkəmizin bir dənə başçısının, Prezidentinin və o da Zati-aliləri cənab İlham Əliyevin olduğunu ya bilmir və ya da qəbul etmir. Şirkətin digər əməkdaşları da öz rəhbərləri kimi yalan danışmağa öyrəşmiş və bir neçə ay bundan öncə təsdiq etdikləri sənədlər və təmirə başlamaq üçün məqbul gördükləri mənzil sahiblərini belə daha sonralar İlham Qasımovun sözüylə ona yönəltmiş və nəticədə mənzil sahiblərindən əlavə vəsait qoparmaq naminə onlara minlərlə yalan danışılmışdır.

18023f72-3063-42d3-a323-0cf78841608e“Sahil-D Kompani” MMC ilə biz sakinlər arasında mənzillərin alışı ilə əlaqəli bağlanmış müqaviləyə nəzər salsaq görərik ki, bu şirkət müqavilədə əks edilən maddələrdə üzərinə götürmüş olduğu öhdəlikləri yerinə yetirməmişdir. Müqavilədə əks edilmişdir ki, bizim mənzillər bizlərə qüsursuz və Dövlət Tikinti komitəsi tərəfindən təsdiq olunmuş tikinti norma və qaydalarına, qəbul edilmiş standartlara uyğun yüksək keyfiyyətlə bizlərə təhvil verilməlidir, lakin bu heç bir binanın heç bir blokunda həyata keçirilməmişdir. Eyni zamanda, binaların karkası və bütün iç və çöl hörgü işləri tam yerinə yetirilməmiş, binaların daxili elektrik xətləri çəkilməsi şirkət tərəfindən edilməmiş və hər bir mənzil sahibi öz təmirinə başladıqda sıfırdan onun tərəfindən tam şəkildə məcbur olaraq edilməkdədir. Həmçinin, binaların fasadındakı plastik pəncərə və eyvan qapılarının özlərinin və onların şüşələrinin qoyulması tam şəkildə baş tutmamışdır və bu sahədə artıq edilmiş işlər də çox natamam və bərbad bir vəziyyətdə edilmişdir. Bundan əlavə, mənzillərin heç birisi şirkət tərəfindən müqavilədə götürülmüş öhdəlik qismində metal qapılar və qıfıllarla təmin edilməmişdir. Əksinə, bir çox sakinlərin şəxsən özləri tərəfindən qoyulmuş mənzil qapıları sındırılmış və ya eybəcər hala gətirilmişdir. Bu sındırma nəticəsində də mənzil qapıları bu hala düşmüş sakinlərə nəticə etibarı ilə guya ki, onların mənzillərinin ikinci sahibi varmış deyilmiş ki, qapının sındırılmasının da digər saxta və uydurulmuş “sahib” tərəfindən həyata keçirildiyi bildirilmişdir ki, əsl mənzil sahiblərindən onların problemlərinin həlli naminə külli miqdarda əlavə vəsait tələb edilsin. Hətta bəzən də yalandan insanların qarşısına saxta sənədlər qoyulmuş və onların halal mənzillərinin daha öncədən guya başqa bir müştəriyə satılmış olması bildirilmişdir ki, nəticədə də ya halal mənzil sahiblərini öz mənzillərindən uzaqlaşdırmaq və ya da onlara bu məsələni yoluna qoyacaqlarını deyərək onlardan əlavə maddi vəsait tələb edilməkdədir.

Müqavilədə əks edilmiş yuxarıdakı məsələlərdən başqa, su, kanalizasiya və isitmə sistemlərində uyğun stoykaların qoyulması və axıtmaya qarşı meylliyin yaradılması, arakəsmələrin hörülməsi şirkət tərəfindən təmin edilməmişdir. Bundan başqa, texniki və su anbarlarının tikilməsi, nasos stansiyalarının quraşdırılması, ərazinin tikinti tullantılarından təmizlənməsi və abadlıq işləri ilə bağlı məsələlər ancaq İlham Qasımovun özünə sərf etdiyi istiqamətdə aparılır. Yəni ki, binada su təchizatında problem yarananda belə 3 saylı binanın aşağısında İlham Qasımovun öz qohumu İlkin adlı şəxsə işlətməyə vermiş olduğu maşın yuma məntəqəsində daima su təminatı vardır ki, o suyun da sərfiyyat ödənişi sakinlərdən alınır. 24 mərtəbəli 4 binanın yerləşdiyi bir yerdə zirzəmilərə xeyli miqdarda axan bu çirkli su mənbəyinin olması nə dərəcədə doğrudur?! Buna görə də biz sakinlər bu maşın yuma məntəqəsinin də bınalarımızın altından yığışdırılmasını tələb edirik. Çünki bu çirkli su binalarımızın fundamentinin çökməsinə, yayda isə ağcaqanad və digər zərərverici həşərat və heyvanların yaranmasına səbəb olacaqdır. Həmçinin müqavilədə öhdəlik kimi götürülmüş, amma yerinə yetirilməmiş 2 ədəd sərnişin və 1 ədəd yük liftinin alınması və quraşdırılması şirkət tərəfindən həyata keçirilməmiş və sakinlərin öz vəsaiti hesabına 1 sərnişin lifti (hansı ki vəsait az olmuş olduğuna görə çox bərbad vəziyyətdədir) təmin edilmiş və yük liftinin isə bir neçə hissəsi satın alınmışdır. Nəzərə alsaq ki, son zamanlar ölkəmizdə yeni tikilmış binalarda liftdə qəza hallarının sayı çox artmışdır, bu qətiyyən yol verilməz haldır ki, biz və övladlarımız da belə təhlükə ilə üzləşək. Şirkət yük liftini quraşdırmaqda və istifadəyə verməkdə niyyətli deyildir, çünki binanın fasadı üzərindən quraşdırılmış sınıq-salxaq qaldırıcı qurğu (hansı ki, istənilən halda blok qarşısından keçən insanların başına düşə bilər və böyük təhlükə mənbəyidir) qeyri-qanuni ödəniş tələb edilməklə hərəkətə gətirilməkdə və halal mənzil sahiblərinə öz təmir materiallarını və ev əşyalarını yuxarı qaldırmaqda icarəyə verilməkdədir. Buradan əldə edilmiş vəsait isə qətiyyən binaya, onun təmirinin davam etdirilməsinə və ya şirkətin dövlətə olan vergi borcunun ödənilməsinə deyil, əksinə İlham Qasımovun bacısı oğlu Kənan və digər qohumlarının cibinə axmaqdadır. Eyni zamanda, binada hal-hazırda yaşayan sakinlər axşamlar binaların idarəedilməsi həyata keçirilən ofisdə əxlaqsızlıq yuvasının qurulduğunun da şahidi olurlar ki, bu da İlham Qasımovun qohumları tərəfindən edilməkdədir. Şirkətin/satıcının müqaviləyə əsasən öz üzərinə götürmüş olduğu bu və ya digər öhdəliklər müqavilə imzalandığı müddətdən (əksər satış müqavilələri 2011-2012-ci ildə imzalanıb) 24 ay ərzində tamamlayıb alıcıya təhvil verməli idi, amma bu vaxtdan ortalama hesabla 2 il civarında keçmiş olmasına baxmayaraq şirkət öz öhdəliyini yerinə yetirməmişdir.

Biz sakinlər, yani ki “Sahil-D Kompani” MMC tərəfindən bizlərə satılmış mənzillərin sahibləri isə müqavilədə göstərilmiş öhdəliklərimizi tam şəkildə yerinə yetirmiş və mənzilimizin hər kvadrat metrinə görə ödənişimizi tam şəkildə etmişik. Bununla bağlı da “Sahil-D Kompani” MMC bizlərə maliyyə arayışı təqdim etmişdir ki, orada göstərildiyi kimi ödənişimiz tam şəkildə həyata keçirilmişdir və bizlərin şirkətə heç bir borcumuz yoxdur. Amma buna baxmayaraq, İlham Qasımov sakinləri təmir müqaviləsini almaq adıyla öz ofisinə cəlb etdikdən sonra onlara müxtəlif uydurucu versiyalar irəli sürmüş və sürməkdədir ki, sakinlər guya ödənişi tam etməmişlər və müxtəlif insanlardan bu adla külli miqdarda əlavə vəsait tələb etməkdədir. Baxmayaraq ki, müqavilədə də bir maddə keçir ki, “müqavilə bağlandığı andan müqavilədə göstərilən qiymət dəyişmir”, yenə də bu şəxs mənzil sahiblərinin sonradan onun şirkətinə əlavə vəsait ödəməli olduğunu uydurmuş və bununla da vətəndaşları incitməkdədir. Eyni zamanda, ödənişlərlə bağlı daha bir mühüm məsələni də nəzərə almaq lazımdır ki, “Sahil-D Kompani” MMC Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin 3-cü bəndinə də riayət etməmişdir ki, bu da alıcılar/mənzil sahibləri mənzilləri almaq məqsədi ilə şirkətə gəldikdə onlardan bütün ödənişləri ABŞ dolları ilə tələb etmiş olmasıdır, hansı ki müqavilədə isə tam əksinə AZN ekvivalenti əks edilmişdir. Yəni ki, 2012-ci ildə əldə edilmiş bir mənzil üçün sakin əgər əslində 80 min AZN ekvivalentli ABŞ dolları ilə (yani ki o zaman təqribən 102 min ABŞ dolları) ödəniş etmişdisə, indi şirkət rəhbərliyi ona qarşı başqa dələduzluqları etdikdən və sakini narazı hala gətirdikdən sonra ona bügünkü AZN-ABŞ dolları məzənnəsiylə 50 min AZN ilə geri ödəniş təklif edir ki, bu da İlham Qasımovun növbəti maxinasiyasıdır. Qeyd edək ki, mənzillərin bir çoxunun əldə edildiyi dövrdə AZN-ABŞ dolları məzənnəsi ortalama 0,78 olmuşdur, yəni 1 ABŞ dolları bərabərdir 0,78 AZN. Amma hal-hazırda isə 1 ABŞ dolları bərabərdir 1,55 AZN-ə. Təbii ki, bu kimi qeyri-qanuni hərəkətlərin sayının çoxalması və belə dələduzların sayının artması da nəticə etibarı ilə ölkəmizdə ötən il ərzində 2 dəfə şahidi olmuş olduğumuz milli valyutamızın devalvasiyasına gətirib çıxarır və nəticədə vətəndaşlarımızın dövlətimizin bir atributu olan milli valyutamıza etimadının azalmasına səbəb olur ki, bu da digər fəsadlar törədir. Buna görə də bu bəd əməllərin içində üzən “Sahil-D Kompani” MMC, onun təsisçisi İlham Qasımov, bu şəxs ətrafındakı insanlar, eyni zamanda onu dəstəkləyən məmurlar ölkəmizin və insanlarımızın mənafeyinə yox, əksinə olaraq düşməni rolunda çıxış edir.

c0547ce6-da44-47b7-b951-a5a8a30c6543Bugünkü günlərdə sakinlərin çoxsaylı etirazlarına və şikayətlərinə məhəl qoymayaraq İlham Qasımov binaların ətrafında özünə gəlir gətirəcək obyektlərin istismara verilməsinə təkan vermişdir ki, bundan da biz insanlar narazıyıq. O binaların qarajlarını təmir edib satmaq, binalara Bakı Əyləncə Mərkəzi tərəfdən daxil olan yerdə özünə supermarket açmaq və s. bu kimi işləri görür ki, bütün bunlar da əhalinin məskunlaşması, rahat və təhlükəsiz şəraitdə yaşaması üçün addımlar deyildir, yəni bu addımlar bizim binalar naminə deyildir. Bu dələduz insan binalara gedəcək kanalizasiya xəttinin çəkilişini başladacağını öz qohumları/əməkdaşları vasitəsi ilə sakinlərə demişdir ki, əgər bu da mümkün olarsa o zaman bu da öz supermarketinin tikilməsi üçündür. Yəni ki, kanalizasiya xətti supermarketin altından keçdiyindən əvvəlcə bu insan məcbur olub kanalizasiya xəttini çəkməli, daha sonra isə öz tükan və digər obyektlərini bitirmək niyyətindədir ki, bununla da bir sıra insanları öz mənfur niyyəti ilə aldadır.

Biz mənzil sahibləri artıq neçə illərdir ki, bu insanın yalanlarından bezmişik və buna görə də qərara gəldik ki, nəhayət Zati-aliləri cənab Prezidentə bütün problemlərimizi əks etdirən bir müraciət edək ki, o bizi bu dələduzların əlindən qurtarsın. Müraciət edən mənzil sahiblərinin sayı hələ də artacaqdı, sadəcə olaraq bizlər artıq bütün mənzil sahiblərinin imzasını gözləməmiş müraciəti ölkə başçısına göndəririk ki, bizi bu problemdən tezliklə xilas etsin. Düşünürük ki, sakinləri və mənzil sahibləri olduğumuz bu 4 binanın belə dələduzların əlindən alınaraq dövlət balansına keçməsi və yaxud dövlət-özəl əməkdaşlığı prinsipiylə idarə olunması tam məqsədəuyğundur. Bu zaman biz insanlar ödəmiş olduğumuz və gələcəkdə də ödəyəcəyimiz maddi vəsaitlərin və kommunal xidmət haqlarının dövlətimizin büdcəsinə gedəcəyindən ancaq məmnun olarıq. Bu vəsaitdən də məqbul görülən bir hissəsi binalarımızın illərdir natamam qalmış işləri naminə xərclənər ki, bunu da öz sakinlərimizin şurası idarə edə bilər”.

 

Qeyd edək ki, bu “Sahil D Compani” MMC ilə bağlı ilk şikayət deyil. Hələ ötən il Baş Prokurorluqdan verilən xəbərdə deyilirdi ki, bu şirkətin vəzifəli şəxsinin qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaqı aparılan cinayət işinin istintaqı yekunlaşıb: “Aparılmış istintaq zamanı Taleh Abdullayevin rəhbəri olduğu “Sahil D Kompani” MMC-ni 2007-ci ildə alqı-satqı müqaviləsilə başqa şəxslərə satması barədə məlumat daxil olub. Bununla da, o, müəssisəsinin iştirakçısı statusu ilə bağlı malik olduğu bütün hüquqları, vəzifələri və öhdəlikləri itirmiş hesab edilməsinə, həmçinin müəssisədə ona məxsus səlahiyyətlərin, eləcə də əmlak üzərində sərəncam vermək və bütün mülkiyyət hüquqlarının alıcılara keçməsinə baxmayaraq, özünü qanunsuz olaraq həmin cəmiyyətin səlahiyyətli şəxsi – direktoru kimi təqdim edib.

 

O, hüquq verən rəsmi sənədləri saxtalaşdırıb. Aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə, yeni təsisçilər tərəfindən paytaxtın Xətai rayonu ərazisində inşa edilən çoxmərtəbəli yaşayış binasında müxtəlif mənzilləri ayrı-ayrı şəxslərə satmaqla 1 milyon 160 min manat məbləğində özgə əmlakını aldatma yolu ilə ələ keçirməsində şübhəli bilinib. Şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətlərinin mənimsəmə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) maddələri ilə ittiham elan olunub.

 İstintaq zamanı 775 min manat məbləğində ziyanın ödətdirilməsi təmin edilib.

Cinayət işi üzrə istintaq yekunlaşaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Sonradan isə iş müəmmalı şəkildə “rəng dəyişdirib”. Həbs olunanlar azadlığa buraxılıb, direktor Məzahir       Cəfərov intihar edib. Həmin məhkəmə prossesi zamanı “zərərçəkən” rolunu oynayan İlham Qasımov şəriklərini bu biznesdən uzaqlaşdıraraq, təkbaşına insanları aldatmağa davam edib. Çox güclü rəqiblərini sıradan çıxarmasında ona sabiq MTN şefi Eldar Mahmudovla şəxsi münasibəti yardım edib.

Mövzunu diqqətdə saxlayacağıq.

Yenicag.az

www.yenicag.az

2403
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv