Eldar Mahmudov vəfat edib? – YENİLƏNDİ

Sabiq MTN rəhbəri Eldar Mahmudovun bu gecə ürək tutmasından vəfat etməsi barədə xəbər yayılıb.

Gununsesi.info-ya açıqlamasında sabiq nazirin ailə vəkili Cavid Rzazadə xəbəri təkzib edib:

“Boş söhbətdir. Eldar Mahmudova heç nə olmayıb”.

***

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov vəfat edib.

Yenicag.az-ın məlumatına görə, bu barədə xəbərlər yayılıb.

E.Mahmudovun gecə saatlarında ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilib.