Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Eldar Mahmudova cinayət işinin açılması onun həbs olunacağı demək deyil” – İlham İsmayıl

Reklam: Sinerji Pro

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq rəhbəri Eldar Mahmudov barəsində cinayət işinin açılmasına qərar verilib.

Yenicag.Az xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində MTN İstintaq Baş İdarəsinin İbtidai istintaq idarəsinin 2-ci şöbəsinin rəisi, polkovnik Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

İclasda sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun və həmin nazirliyin baş istintaq idarəsinin rəisi olmuş Mövlan Şıxəliyev barəsində cinayət işinin başlanmasına dair xüsusi qərarda qəbul olunub və həmin qərarın surəti icra olunması üçün aidiyyatı üzrə prokurorluğa göndəriləcək.

Eldar Mahmudov barəsində cinayət işinin başlanması qərarını Yenicag.Az-a şərh edən keçmiş MTN zabiti İlham İsmayıl bildirib ki, sabiq nazirə cinayət işinin açılması onun həbs olunacağı anlamına gəlmir:

“Açığı, az qala iki ildən sonra Mahmudov barəsində cinayət işinin açılması haqqında məhkəmənin qərarı hələ heç nə demək deyil. Bildiyiniz kimi onu uzun müddət qorudular, həbs olunmadı, məsuliyyətə cəlb edilmədi və sair.

O baxımdan düşünmürəm ki, E. Mahmudova cinayət işinin açılması MTN-lə bağlı ictimaiyyətin bilmədiyi gizlinləri ortaya çıxaracaq, o çərçivədə törədilmiş cinayətləri üzə çıxaracaq və kimlərsə cəzalandırılacaq.

Mənə belə gəlir ki, bu qərar Mahmudova qarşı bir təzyiq üsuludur – yəqin ondan almaq istədikləri nəsə var. Yenə deyirəm, cinayət işinin açılması Mahmudovun məsuliyyətə cəlb olunacağı və həbs ediləcəyi demək deyil”.

 

A.Zeynalov

Yenicag.Az

www.yenicag.az

782
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM