!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Eldar Mahmudovun Naxçıvana nə aidiyyatı var?

!Reklam – Yazi

eldar-mahmudov-300x225Bu gün ölkə mətbuatının əsas gündəm maddəsi Eldar Mahmudov və onun şəbəkəsidir. Maraqlıdır ki, bəzi dairələr onun cinayətlərinin öncədən bilinsə də, əslən naxçıvanlı olduğu üçün toxunulmadığını iddia edirlər. Yenicag.az xəbər verir ki, Vətəninfo.az “Eldar Mahmudov kimdir və onun Naxçıvana nə qədər dəxli var” sualına aydınlıq gətirib.

Qeyd edək ki, Eldar Əhməd oğlu Mahmudov 1956-cı ildə Bakı şəhərində alim ailəsində anadan olub. Atası Əhməd Mahmudov uzun illər Azərbaycan Dövlət İqtisadiyyat Univerirstetində çalışıb. 1978-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit, 1993-cü ildə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

Eldar Mahmudov Azərbaycan Respublikası Prezidentinin 23 iyul 2004-cü il tarixli 320 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik naziri təyin olunur və general-mayor hərbi rütbəsi verilir. 16 mart 2005-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə milli təhlükəsizlik naziri Eldar Mahmudova general-leytenant hərbi rütbəsi verilir.

Eldar Mahmudov vəzifədə olduğu müddətdə uzun illərdir Ermənistan tərəfindən blokadada olan Naxçıvan Muxtar Respublikasına demək olar ki, ayaq basmayıb, Naxçıvana yad münasibət sərgiləyib. Yalnız atasının adına Fətullah Gülən Şəbəkəsi tərəfindən Şərur rayonunda inşa edilən məktəbin açılışında iştirak edib, bir də yenə fətullahçılar tərəfindən Naxçıvanda onun üçün tikilən villaya gəlib. Bir də ölkə prezidentinin səfərləri zamanı nümayəndə heyətinin içərisində bir neçə dəfə Nuh çıxan torpağa ayağını basıb. Vəssəlam! Ölkənin təhlükəsizliyini qorumalı olan nazir ən önəmli bölgə ilə heç maraqlanmayıb.

Eldar Mahmudov necə naxçıvanlıdır ki, onu Naxçıvanda və ya Bakıda yaşayan əslən bu bölgədən olan insanların xeyir və şər məclislərində görən olmayıb. Naxçıvanlılardan uzaq qaçsa da, Gülənin məktəblərində çalışan fətullahçı müəllimlərin hər birində kartviziti olub ki, nəyə ehtiyacları olsa, ona zəng etsinlər.

Bir məqamıda diqqətinizə çatdıraq. Eldar Mahmudov vəzifəyə təyin olunduqdan sonra naxçıvanlıları oradan uzaqlaşdırmağa və ya sıxışdırmağa başladığı heç bir kəsə sir deyil. Məsələn, nazir müavini Əli Nağıyev şərlənərək işdən uzaqlaşdırıldı və o hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində işləyir. Ancaq Eldar Mahmudovun zamanında MTN-də yüksək sürətlə yüksələn və bu gün cinayətdə ittiham olunaraq, həbs olunanların hansı naxçıvanlıdır? Dövləti və sahibkarları soyan bu reket dəstəsinin hansı üzvü, Akif Çovdarovmu, Sübahir Qurbanovmu, İlqar Əliyevmi, Əlmusa Əliyevmi, Bəxtiyar Hacıyevmi, Namiq Bağırovmu, Nizami Şirinovmu, Teymur Quliyevmi naxçıvanlıdır? Yoxsa Eldar Mahmudovun maliyyə qaynağı olan MTN-in Maliyyə İdarəsinin rəisi Rəşad Hüseynovmu, yaxud, Maddi Texniki Təminat İdarəsinin rəisi Nizaməddin Həmidovmu naxçıvanlıdır? Bəli, əziz oxucular, göründüyü kimi, “naxçıvanlı” adına ləkə gətirən Mahmudovun dəstəsində bir nəfər də olsun, bu regiondan insan yoxdur.

Digər bir məsələyə toxunaq. Eldar Mamudovun müavini Əli Şəfiyevin atası Sabir Vəliyev bir vaxtlar SSRİ Komunist Partiyasının pleniumunda Heydər Əliyevin ASSR KP MK-nin birinci katibi vəzifəsinə namizədliyi veriləndə ilk etiraz edən şəxs olub. Sabir Şəfiyev “KQB əməkdaşının siyasi işlərdən başı çıxa bilməz” deyərək, Heydər Əliyevin MK birinci katibi vəzifəsinə gətirilməsinin səhv addım ola biləcəyini pafosla bildirmişdir. Taleyin oyununa bax, illər sonra Sabir Şəfiyevin oğlu atasının bir vaxtlar bəyənmədiyi orqanda işə götürülür və Mahmudov tərəfindən nazir müavini vəzifəsinə yüksəldilir.

Məlumatda deyilir ki, Mahmudovu Naxçıvanla heç bir bağlamayıb. Çünki Əhməd Mahmudovun atası Naxçıvana Qazax mahalından köç ediblər. Ancaq “naxçıvanlı” olmaq Mahmudova sərf etdiyindən şəcərəsini həmişə gizlədib. Özü isə Bakıda doğulub və böyüyüb. Əslində, naxçıvanlı olub-olmaması bir şeyi dəyişmir. Hər qoyun öz ayağından asılır.  Lakin bu ölkədə bəzi “Naxçıvan düşmənləri” hər fürsətdən istifadə edərək, Ulu Öndər Heydər Əliyevi yetişdirmiş torpağa düşmənçilikdən əl çəkmirlər. İndi də Naxçıvana qarşı səs çıxarmaq üçün əllərinə “Mahmudov” fürsəti düşüb. Ancaq pis yanıldılar…

Kənan

www.yenicag.az

1334
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv