!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Eldar Mahmudovun reabilitasiya cəhdi: keçmiş MTN şefinin oğlu biznesini genişləndirir

!Reklam – Yazi

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq rəhbəri Eldar Mahmudovun oğluna məxsus şirkətin Fransa firması ilə saziş imzaladığı üzə çıxıb.

Yenicag.az xəbər verir ki, yerli mətbuatda keçmiş MTN rəhbəri Eldar Mahmudovun oğlu Anar Mahmudova məxsus “Caspian Crystal” şirkəti Fransanın “Château de Bordeneuve” kompaniyası ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

Müqaviləyə əsasən, “Caspian Crystal” fransız şirkətinin məhsullarının, əsasən, armanyak konyakının Azərbaycanda satış hüququnu əldə edib.

Qeyd edək ki, Eldar Mahmudovun vəzifədən çıxarılmasından sonra keçmiş nazirin ailə üzvləri və yaxın qohumları tərəfindən idarə edilən nəhəng biznes şəbəkəsinə malik olduğu üzə çıxdı. O sırada atasının administrativ imkanları hesabına geniş biznes qurmağa nail olmuş sabiq nazirin oğlu Anar Mahmudovun adı xüsusi hallanırdı.

Son aylarda haqqında yayılan bəzi xəbərlərlə mətbuatın diqqət mərkəzinə düşən Anarın sahibi olduğu şirkətin fransızlarla müqavilə imzalaması haqda yayılmış məlumat əsaslı olaraq, birmənalı qarşılanmayıb.

Azərbaycan praktikasına baxdıqda, “vurulan” məmurların özünün və ailə üzvlərinin hər hansı nümayişkar davranışlarına, gözəgirən addımlar atmasına rast gəlinməyib. O baxımdan, Anar Mahmudovun öz biznesinə yeni təkan verməsi Eldar Mahmudova reabilitasiya imkanının yaradılması kimi başa düşülür.

Məsələnin mahiyyətini daha dərindən anlamaq üçün fikirlərini öyrəndiyimiz təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Yenicag.az-a açıqlamasında qeyd olunan kontekstdə təəccüblü heç nəyin baş vermədiyini dedi:

“Əgər söhbət konkret olaraq, Eldar Mahmudovun oğlundan gedirsə, hüquqi baxımdan ona heç nə etməməlidirlər. O, atasının əməllərinə görə cavabdeh deyil. Onun öz biznesi var və qanuni əsaslarla fəaliyyət göstərir.

Ancaq biz bilirik ki, ölkədə həlledici təsirə malik yazılmayan qanunlar var. Eldar Mahmudovu həbs etmək üçün kifayət qədər əsaslar olduğu halda, o, hələ azadlıqdadırsa, onun biznesini oğlu davam etdirəcək.

Bu, artıq onlar üçün çox kiçik bir məsələdir. Yənu burada sensasiya yoxdur. Mahmudovun oğlu biznesini yəqin hələ daha da genişləndirəcək”.

Həmsöhbətimiz bu fikirdədir ki, Mahmudovun oğlunun biznes fəaliyyətini davam etdirməsini keçmiş MTN şefinin və ailə üzvlərinin “səssiz bəraət” alması kimi qiymətləndirmək doğru olmazdı:

“Mahmudov onsuz da üzdədir, sadəcə, biz onları görmürük. İstədikləri yerə rahat gedib-gəlirlər, onlar üçün heç bir problem yoxdur. Cəmiyyətdə belə bir fikir formalaşıb ki, sən cinayət törətsən də, həbs edilməyə bilərsən. Bu kimi hallar da cəzasızlıq sindromunu daha da şaxələndirəcək”.

A.Zeynalov
Yenicag.Az

www.yenicag.az

1199
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv