!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Eldar Mahmudovun şərikinin məhkəməsi başladı

!Reklam – Yazi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Sahib Ağayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Yenicag.az-ın xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Anket məlumatları dəqiqləşdirilən zaman S.Ağayev deyib ki, Azərbaycan vətəndaşıdır və Qazaxıstan Respublikasında qeydiyyatdadır.

Daha sonra təqsirləndirilən şəxsin vəkili Türkel Süleymanlı vəsatət qaldırıb.

Vəsatətə növbəti iclasda baxılacaq.

Məhkəmə iclası oktyabrın 17-dək təxirə salınıb.

Qeyd edək ki, S.Ağayev Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törəldildikdə) və 213-cü (vergidən yayınma) maddələri ilə ittiham edilir. O, 10 milyon manatdan artıq pulu mənimsəməkdə təqsirli bilinir.

Xatırladaq ki, S.Ağayev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbəri Eldar Mahmudovun iş ortaqlarından biri olub.

Mətbuatda yer alan məlumatlara görə, S.Ağayev Qazaxıstanda saxlanılaraq Bakıya gətirilib.

Bu cinayət işi üzrə E.Mahmudov istintada şahid qismində ifadə verib.

www.yenicag.az

2369
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv