!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Eldar Mahmudovun tikinti mafiyası Ermənistanla narkotik ticarəti qurub?

!Reklam – Yazi

c1522282-7128-4ad5-adde-2200710aded3“Bir neçə gün öncə həbs olunan tanınmış iş adamı İlham Qasımovun vəkili Taleh İbrahimov sözügedən məsələ ilə bağlı ilginc açıqlamalar verib. Vəkil bildirib ki, müvəkkili İlham Qasımov əslində, “Real MTK”nın təsisçisi və rəhbəri deyil” – Bu növbəti yalan və maxinasiyadır. İlham Qasımov hər dəfə hüquq mühafizə orqanları tərəfindən sorğuya çəkiləndə belə deyir və bundan sui-istifadə edərək məsuliyyətdən yayınır.

Mənzil sahiblərinə isə o və onun binalar üzərində qoyduğu bacısı oğlu Kənan tam başqa sözləri deyiblər hər dəfəsində: “Biz bu şirkərin sahibiyik və bu binalarda nə olacağına biz qərar verəcəyik”.

Buna sübut kimi qeyd etmək olar ki, İlham Qasımov və onun əlaltıları Kənan, Ülviyyə, Adil, Xəyal, Ramazan, İlkin, Qurban və başqaları insanları dəfələrlə get-gələ salmış və onlara qarşı maddi və mənəvi dələduzluqlar etmişlərdir. Yüzlərlə insanın mənzilini ya ikinci dəfə satışa çıxarmış və ya da mənzilin ikinci sahibi varmış adıyla əsl mənzil sahibindən əlavə vəsait tələb edərək ona mənzilini verəcəyini bildirmişdir. Mənzil sahibləri onlara mənzillərində təmirlərinə başlama üçün yaxınlaşdıqda adı çəkilən insanlar onların şəxsiyyət vəsiqəsi, maliyyə arayışı və alış müqavilələrini alaraq mənzil shaiblərini aylarla get=gələ salmış və xüsusi xahiş, tapşırıq, dələduzluqla tələb edilmiş əlavə ödənişin həyata keçirilməsi və s. olmasa onlara öz mənzillərində təmirə başlamağa icazə verməmişdir. Alış müqaviləsində göstərilməyən və saxta olaraq İlham Qasımov tərəfindən bütün sakinlərər tətbiq edilən “Təmir müqaviləsi” sənədi ortaya atılaraq öz halal mənzillərində təmirə başlamaq istəyən sakinlərə ilkin baryerlər yaradılmış və daha sonar isə onlar ofisə bu təmir müqaviləsini almaları üçün cəlb edildikdən sonar mənzil sahiblərinə qarşı digər maxinasiyalar həyata keçirilmişdir.

kassaBir sözlə uydurulmuş təmir müqaviləsi adıyla 1200 AZN, bundan əlavə nəzərə alsaq ki hər sakin də 3000 AZN ianə formasında verirdi Sahil-D şirkətinə, həmçinin də 20.000-40.000 AZN arasında məbləğ isə əlavə vəsait olaraq tələb edilmişdir. Düşünün, hər mənzil sahibinə qarşı bu addımı atan dələduz Qasımov və onun bandası nə qədər insanı istismar etmişdir. Nəzərə alsaq ki, 4 binada 460 mənzil vardır və bu da 2000-dən çox sakin deməkdir, görün İlham Qasımov kimi dələduzlar nə qədər vətəndaşımızı incitmişdir.

İlham Qasımovun vəkilinin verdiyi yalan açıqlama isə onun vəkilinin də məsuliyyətə cəlb edilməsini gərəkdirir. Çünki onun vəkili bütün bu maxinasiyaların qurulmasında ona kömək etmişdir. Əlbəttə İlham Qasımov professional bir dələduzdur, amma onun qanun çərçivısində istiqamətləndirilməsi və indi də məsuliyyətdən qaçırılması buna dəlalət edir. Çünki İlham Qasımovun vəkili Taleh İbrahimov çox gözəl bilir ki, həm Real MTK və həm də Sahil-D MMC İlham Qasımova məxsusdur və o bu şirkətlərin adından minlərlə insanı aldatmışdır.

 

“İlham müəllimə qarşı irəli sürülmüş ittihamla qətiyyən razı deyilik və hesab edirik ki, ittiham əsassızdır. Saytlarda gedən informasiyalarda bildirilir ki, İlham müəllim mənzilləri təkrar başqa adamlara satıb. Bunun da heç bir əsası yoxdur. Bununla bağlı müvəkkilimə qarşı heç bir ittiham irəli sürülməyib. Müvəkkilim əməkdaşlıq etdiyi bir şəxsin şikayəti əsasında saxlanılıb. Guya həmin adam tikintiylə bağlı pul qoyub və həmin vəsait təyinatı üzrə istifadə edilməyib. Hazırda o məsələylə bağlı Binəqədi Rayon Məhkəməsində mülki qaydada iş gedir”. İlham Qasımov insanları get-dələ salaraq öz mənzillərindən uzaqlaşdırmış və nəticədə isə onların daha binlara gəlmədiyini və onun ofisinə baş çəkib təmirə başlamaq niyyəti bildirmədiyini gördükdə həmin mənzil sahiblərinin mənzillərini ikinci və üçüncü satışa çıxarmışdır. Bəzi mənzil sahibləri isə onunla kobud davrandıqda və ya ona qarşı oz əsəblərini tökdükdə İlham Qasımov onların mənzillərini köhnə tarixə əsasən qeydiyyata salaraq yenidən satış təşkil etmişdir. Bu məslələrlə bağlı İlham Qasımovun mülkiyytətində olan Sahil-D Kompani MMC-yə qarşı Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, müxtəlif məhkəmələr şikayətlərlə doludur və bundan sonra görəsən İlham Qasımovun vəkili nə üzlə çıxıb mətbuata bu cümlələri deyir…. Amma Xətai rayonu F.Bayramov ünvanında yerləşən 4 binada mənzil sahibləri İlham Qasımovun yeganə qurbanları olmamışlar. Onlardan başqa bir neçə Türkiyəli investor, daha sonra bir sıra individual şəxslər, Rusiyalı iş adamı, onlarla başqa vətəndaşımız və başqaları İlham Qasımovun dələduzluqlarının qurbanı olmuşlar. Uzun müddət idi ki, bu şəxs nəzarət altında idi və onun haqqında həbs qəti imkan tədbirinin həyata keçirilməsi üçün hər kəsin rəsmi şikayəti lazım idi. Bu da Daxili İşlər Nazirliyi və Baş Prokurorluqdan bizə verilən məlumata görə uzun zamandan sonra bir arada toplaşdı və İlham Qasımovun məsuliyyətə cəlb edilməsi üçün tam zəmin formalaşdı. Bugün isə İlham Qasımovun hələ də binalarda at oynadan quldurları binalara gələn insanlara hədə qorxu gəlir və onlara deyirlər ki, “İlham müəllim özü çıxmır içəridən, əgər istəsə özü çıxar günün sabahısı. Onun içəridən çıxması uşaq işidi”. Görünür bu quldurların ölkəmizin ədliyyə sisteminin ədalətinə şübhələri və onun idarəetməsinə qarşı əyri düşüncələri vardır ki, bu sözləri belə asanlıqla deyirlər. Onlar bizim ölkəmizi nə hesab edirlər, hansısa geridə qalmış və hüquq-ədliyyə sistemi inkişaf etməmiş bir ölkə?!

Əldə etdiyimiz məlumata və müşahidələrimizə uyğun deyə bilərik ki, Sahil-D Kompani və Real MTK-ya məxsus idarəetmə ofisi isə hal-hazlrda bağlanmaq üzrədir ki, bu da orada çalışan dələduz insanlar ən qısa zamanda ədalətdən gizlənməsi və yayınmasına niyyətlərinin olmasına dəlalət edir.

 

“İttihamda bildirilir ki, İlham Qasımov həmin şəxsin pulunu təyinatına uyğun istifadə etməyib. İttiham aktında qeyd olunur ki, guya İlham müəllim “Real MTK”-nın sədridi. Ancaq halbuki belə deyil. Bununla bağlı Vergilər Departamentindən də cavab almışıq ki, o artıq MTK-nın sədri deyil. Özü də həbs olunanda bildirmişdi ki, mən bu qurumun nə sədri, nə də təsisçisi deyiləm. Digər təsisçi MTK-ya pul verib, həmin vəsaitin verilib-alınmasında da müvəkkilim iştirak etməyib”.

Əvvəl də qeyd etdiyimiz kimi bu mövqe İlham Qasımovun bugün məsuliyyətdən yayınması üçün ən doğru mövqedir ki, bunu bugün onun vəkili ortaya ataraq onun zaminə çıxarmaq və daha sonra isə ona qarşı qaldırılmış ittihamları ləğv etdirmək niyyətindədir. Əvvəllər də İlham Qasımov bu oyunu oynamışdır. Əgər ona məxsus olan Sahil-D Kompani MMC şirkətinin direktoru Məzahir Cəfərovun özünə “sui-qəsd” etməsi hadisəsi oxucuların xatirindədirsə, o zaman da İlham Qasımov məsuliyyətdən bu şəkildə yayınmağa çalışırdı. Gördüyünüz kimi biz “sui-qəsd” ifadəsini dırnaq arasında verdik, çünki həqiqətən də Məzahir Cəfərovun özünü öldürməsi bizdə sual doğurur… Bunun görəsən kimə və ya kimlərə xeyri var idi və ya onun həyatına kimsə sui-qəsd edə bilərdimi, və ya kimsə onu affekt vəziyyətinə salıb onun özünü öldürməsini təşkil edə bilərdimi… Bütün bu suallara düşünürük ki, yaxın zamanlarda cavab tapılacaqdır. Digər maraqlı bir məsələ burasındadır ki, nəyə görə İlham Qasımovun adıyla insanları aldadan və onları get-gələ salan Ülviyyə xanım həbs edilməməkdədir?! Onun da mı Real MTK-ya və ya Sahil-D Kompani-yə heç bir aidiyyəti yoxdur?! Biz bunu araşdırdıq və bizə məlum oldu ki, bu xanım İlham Qasımovun ən əsas əlaltılarındandır və bir ara Real MTK-da direktor, daha sonra isə Məzahir Cəfərovun yerinə Sahil-D Kompanidə direktor olmuşdur. Amma Sahil-D Kompanide direktor vəzifəsi daha sonra Adilə, İlham Qasımovun növbəti dələduzuna, tapşırılmışdır ki, burda da mənzil sahibləri bunun heç bir qanini əsasının olmadığını bilmirlər. Çünki hər hansı bir şirkətə direktor təyin etmək və ya direktoru əvəzləmək, həmin şirkətin bütün səhmdarlarının ümümi toplantısında verilən qərar nəticəsində olmalıdır ki, bu qərar da ən qısa zamanda müvafiq olaraq Vergilər Nazirliyinə qeydiyyat və təsdiq üçün təqdim edilməlidir. Amma bu proses baş verməmişdir və İlham Qasımov da saxta olaraq Adıli icraçı direktor kimi təqdim etmış və insanların 3000 AZN verərək əvəzində aldıqları 2 kvadrat metrlik sənədə onun imzasını atdırmışdır. Görəsən Adilin də aqibəti bir zaman Məzahirin aqibəti kimi olacaq?!

80f9a5fc-40ce-478e-81c0-7fb39e8cf176

İlham Qasımov nə mənzil, nə pul dövriyyəsi, nə alış-satış, nə yeni investor cəlbi, nə bir imza atma və s. bu kimi işlərin heç birində qəsdən şəxsən iştirak etmir, çünki bu onun sonrakı planlarına ziddir. O bilir ki, zaman gələcək ki, o üzə çıxmalı və pul alınmış insanlara deməli olacaq ki, ona heç kim pul verməyib və o heç bir şeydə iştirak etməyib və buna görə də həmin vətəndaşın etdiyi sövdələşmə qanunsuzdur və həmin vətəndaşın veridyi vəsait də itib batır….

 

Bütün bu məsələlərdə bizə maraqlı olan məsələ İlham Qasımovun Xətai Rayonunda yerləşən adı keçən binalarda ortağı Sahib İbrahimovdur. Nədənsə uzun müddətdir ki, İlham Qasımovun Sahib İbrahimovu açıq-açıqcasına mediada və insanlar arasında şantaj etməsinə və onun adına çirkli sözlər söyləməsinə Sahib İbrahimov göz yummuşdur. Hətta Sahib İbrahimovun Sahil-D Kompani içində qeyd edilən binalarda satmış olduğu mənzil sahibləri də ona müraciət etdikdə o heç bir mənəvi və maddi dəstək verməmiş və İlham Qasımova qarşı iddia qaldırılmasında iştirak etməmişdir. İlham Qasımov isə öz növbəsində hər bir insanla görüşündə Sahib haqqında nalayiq sözlər söyləmiş və bütün fırıldaqların ona məxsus olduğunu demişdir. Görünür ki, bu şəriklər arasında bizim bilmədiyimiz qapalı bir məsələ vardır ki, buna görə də Sahib İbrahimov da öz mənzillərinə köçə bilməyən insalara yardım etməkdə əziyyət çəkmiş və ya bunun etmək istəməmişdir. Hər halda düşünürük ki, Sahib İbrahimov indi azadlıqdadır və məsələ ilə bağlı özünün haqlı olduğuna əmindirsə müvafiq addımlar atacaqdır. Buna böyük ehtiyac vardır, İlham Qasımov “at oynadanda” Sahib İbrahimov ortadan itmişdi. Qasımov da bundan sui istifadə etdi və insanların mənzillərini ikili və üçlü satışa çıxardı və nəticədə isə Sahibi və Məzahiri günahlandırdı. Buna görə də mənzil sahibları düşünürlər ki, Sahib İbrahimovun da bu işlərdə günahı var.

 

Qeyd edək ki, İlham Qasımovun vətənə xəyanət etmiş və ölkə başçısına sadıq olmamış keçmiş MTN naziri Eldar Mahmudovun adamlarıyla işbirliyi isə öz bəhrəsini verirdi, çünki Qasımov bu isti əlaqədən istifadə edərək insanları incidir, get-gələ salır, onları təhqir edir, onlara qarşı müxtəlif hədə-qorxu hərəkətləri edir və s. kimi işləri görürdü. Öz kapitalını qumar, narkotik və başqa bənzər işlər üzərində qurduğu iddia olunan Qasımov görünür öz partnyoru Mahmudovla və onun bandasıyla çoxdan çalışırmış. İş birliklərinin əsas cəmləşmə nöqtəsi isə İlham Qasımovun Eldar Mahmudovun ailə üzvünə bağışladığı ofisdə cəmləşirdi. Bu ofis həmin Sahil-D Kompaniyə məxsus 4 binadan birinin 1-ci mərtəbəsində yerləşirdi ki, binanın özü pis vəziyyətdə olsa da ofis evroremontlu idi. Qasımovun bu hədiyyəsini bəyənən Mahmudovun vicdanı çatmırdı ki, Sahil-D Kompaninin insanlarımıza qarşı dələduzluğuna son qoyulmasını tələb etsin. Mahmudovla bağlı cənab Prezident tədbir gördükdən həmən sonra İlham Qasımov tez bir zamanda işbirliyi üzə çıxmasın deyə Mahmudovun ailəsini həmin ofisdən uzaqlaşdırdı və həmin ofisə öz bacısı oğlu Kənanı yerləşdirdi. Necə deyərlər “oğul dayısına oxşayar” və Kənan da tam dayısının bənzəri oldu və insanları incitməyə, onlara qarşı hədə-qorxu gəlməyə davam etdi. Hətta binaya tez-tez gedib gələn mənzil sahiblərinə də eyhamlar etdi ki, baxın özünüzü yaxşı aparın, yoxsa sizin mənzil də satılar… Bugün isə o və Ramazan kimi əlaltıları binaya gedən aktiv mənzil sahiblərinə üzünü tutaraq utanmadan deməkdədirlər ki, İlham müəllimin türmədə olduğunu heç kimə deməyin, o Antalyada istirahətdədir deyin… Görünür bu dələduzlar da tezliklə öz dələduz müəllimlərinin yanına getmək istəyilər “Antalya”ya…

 

Əslində illərdir ki, Ali Məhkəmənin fonunda, Heydər Əliyev prospektinin üstündə, Heydər Əliyev Mərkəzinin əks tərəf görüntüsündə mövcud olan bu natamam və şəhərimizin gözəl görüntüsünə kölgə salan Sahil-D Kompani-yə məxsus binaların nəyə görə illərdir ki, natamam vəziyyətdə qalması və ondan mənzil almış insanların incidilməsi bizə indi bəlli olur. Qasımov-Mahmudov ortaqlığı Sahil-D Kompani-ni və onun əməkdaşlarını o həddə qudurğanlığa çıxarıb ki, onlar Ulu Öndərin adı keçən yerlərə qarşı hörmətsizlik, Cənab Prezidentin gedib gəldiyi və yanından hər gün keçdiyi bir yer yol kənarında saymamazlıq ediblər.

Əllərində rəsmi sənədləri, müqavilələri, maliyyə arayışları və s. olan mənzil sahibləri “sənədləri yoxlanılır”, “iş məhkəmədədir”, “prokuratura yoxlayır”, “siz əlavə ödəniş etməlisiniz”, “sizing mənziliniz başqasına satılıb” və s. adlarla aldadılaraq illərlə get-gələ salınmışdır. Şirkət sahibi İlham Qasımov vətəndaşları hədələyərək, əllərində müqavilələr, ödəniş qəbzləri olmasına baxmayaraq mənzillərini verməyəcəyini demişdir. İndi iş adamının həbs olunması xəbəri yayılıb. Məslənin aqibətinin nə olacağı bəlli deyil, çünki İlham Qasımovun bir xeyli digər dələduzluqlarının da üstü açılmışdır və bu da həm mediada öz əksini tapmış və həm də hüquq-mühafizə orqanlarının nəzarətinə keçmişdir. Amma ümidvarıq ki, belə dələduzların bu özfəaliyyət dərnəkləri və bu dərnək üzvləri layiqli cəzalarını görəcəkdir.

Sakinlər onu da iddia edirlər ki, özünü iş adamı adlandıran İlham Qasımov güclü şəkildə narkotik aludəçisi, satıcısı, dövriyyəsi ilə məşğul olan birisidir: “Eyni zamanda tez-tez güclü qumar oyunlarına girişən birisidir ki, xaricə xüsusi qumar yarışlarına gedib gəlirdi tez-tez və bütün var dövlətini İran və Ermənistan üzərindən olan narkotik ticarətlə qurubdur bu dələduz. Belələri Qarabağ, vətən anlayışlarının nə olduğunu anlamaz və bizim işğal edilmiş ərazidə belə narkotik əkdirib onun mayasında burada bizə qarşı lotuluq edir… amma edirdi… Yedirtməz ona bu ölkəni cənab Prezident…”

 

Bir neçə il bundan əvvəl insanlar ayağa qalxdıqda və dövlət orqanlarına şikayət etdikdə qeyri-rəsmi olaraq ağsaqqallar şurası deyilən bir şura yaratmışdı sakinlər ki, həmin o ağsaqqalların da satqın çıxanları oldu və bəziləri hətta sakinləri parçalamaq üçün İlham Qasımovla öz mənafeləri naminə işbirliyinə girdi ki, nəticədə də yaxın zamanlarda mənzil sahibləri bir daha ayağa qalxmaq istədikdə əvvəlcə onların yenidən parçalamağa çalışdırlar. Daha sonra isə bunun nəticə verməyəcəyini görüb kənara çəkilərək öz “adalarını təmiz saxlamaq” üçün əllərindən gələni etdilər. Hətta bütün 4 binaların mənzil shaibləri toplaşaraq ölkə başçısına məktub ünvanlamaq istədikdə həmin bu şəxslər müxtəlif bəhanələrlə ya imza atmaqdan boyun qaçırdılar və ya da imzanı sanki kiminsə xatirinə atırmış kimi etdilər.

Sakinlər bu yaxınlarda bir neçə dövlət strukturunda rəsmi qəbulda olmuş və ölkə başçısına da yazılı olaraq öz şikayətlərini bildirmişlər. Məsələ cənab Prezidentin nəzarəti altına götürülmüşdür, çünki o Qasımov kimi dələduzlar insanlarımıza qarşı belə mənfur hərəkətlər etməsinə heç bir zaman yol verməyəcəkdir  Eyni zamanda mənzil sahibləri Prezident Administrasiyasında Hüquq-Mühafizə orqanlarıyla İş üzrə şöbənin müdiri cənab Fuad Ələsgərovun da qəbulunda olmuşlar ki, İlham Qasımov kimilərinə bu orqanlar içində illərdir dəstək verən insanlar ifşa edilsin və cəzalandırılsın. Buna görə də binaların aqibətinin necə olacağını cənab Prezidentin bu məsələylə bağlı nə formada yardım edəcəyini 2000-dən çox Azərbaycan vətəndaşı səbrsizliklə gözləməkdədir. /Azerinfo.org

 

www.yenicag.az

933
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv