!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Eldar Mansurovdan “Avroviziya 2019” PROQNOZU

!Reklam – Yazi

“Avroviziya 2019” müsabiqəsində finala keçən təmsilçimiz Çingiz Mustafayev 18 mayda keçirilməsi planlaşdırılan şounun ikinci hissəsində 20-ci nömrə altından çıxış edəcək. Həmyerlimiz səhnədə “Truth” mahnısını ifa edəcək.

Yenicag.az-a açıqlama verən xalq artisti, tanınmış bəstəkar Eldar Mansurov Çingizi ilk üçlükdə gördüyünü bildirib:

“Çingizin mahnısını dinləmişəm, çox xoşuma gəlib. Musiqi mükəmməldir. Eyni zamanda, Çingizin səhnə performansı da yüksək səviyyədədir. İnanıram ki, təmsilçimiz yarışmada ilk üçlükdə yer alacaq. Mən ona uğurlar arzulayıram”.

Müsabiqənin mətbuat konfransında mikrofonun üzərindəki Azərbaycan bayrağının tərsinə yapışdırılması məsələsinə isə bəstəkar fikir bildirmək istəməyib:

“Məni orada Çingizin ifası maraqlandırır və mən musiqi barədə danışa bilərəm. Qalan detallardan xəbərim yoxdur”.

Qeyd edək ki, Yunanıstan, Belarus, Serbiya, Kipr, Estoniya, Çexiya, Avstraliya, İslandiya, San-Marino və Sloveniya ilk yarımfinalda finala vəsiqə qazanan ölkələr olub.

Cəvahir

www.yenicag.az

3074
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv