Eldar Namazov həbs ediləcək? – Özəl

Ataxan Əbilov : “Ölkədə ictimai xadimlərin həbsi davam edəcək”

27503_res_01

Avropada mühacir həyatı yaşayan hüquqşünas Ataxan Əbilov Leyla Yunusun saxlanılıb-buraxılmasından sonra maraqlı açıqlama verib. Onun fikrincə, “Ölkədə ictimai xadimlərin həbsi davam edəcək. Hədəfdə Azərbaycanın Avro-Atlantik məkana inteqrasiyasında maraqlı olan və bu istiqamətdə ciddi şəkildə çalışan liderlərdir”.

Ataxan Əbilovun fikrincə, Rusiya bundan ötrü “yaşıl işıq” yandırıb. Bu isə ondan xəbər verir ki, yaxında daha ciddi həbslər ola bilər.

YENİCAG.AZ-a daxil olan məlumata görə, həbs dalğası politoloq Eldar Namazovu da “vura bilər”. Belə ki, erməni müxalifəti ilə tez-tez beynəlxalq tədbirlərdə bir araya gələn politoloqa “yuxarılar”ın münasibəti heç də yaxşı deyil. Müxalifətin son bir neçə ildə bir araya gəldiyi bütün birliklərdə müsbət rolu olan Namazov çoxdan “qara siyahı”dadır.

Məlumatlı mənbə Namazovun Ermənistan Milli Konqresinin sədri David Şahnazaryanla əlaqədə suçlana bilmə ehtimalından bəhs etdi.  Maraqlıdır ki, Mirqədirovun görüşdüyü və əlbir olduğu iddia edilən ermənilər də rəsmi İrəvana müxalif mövqeləri ilə tanınırlar.

Qeyd edək ki, ən son ATƏT-in Minsk qrupunun ABŞ və Fransadan olan həmsədrlərinin Kiyevdə Azərbaycan və Ermənistan müxalifətinin təmsilçiləri ilə 5 dekabr 2013-cü il tarixli görüşü  zamanı Azərbaycan müxalifətini El hərəkatının sədri Eldar Namazov, Ermənistan müxalifətini isə Ermənistan Milli Konqresinin sədri David Şahnazaryan təmsil edib.

 

COP29