“Mənim sosial şəbəkədə nədənsə xoşum gəlmirsə, həmin insanları silirəm və o xəbərləri izləmirəm…”
Yenicag.az-a açıqlama verən müğənni Eldar Qasımov sosial şəbəkələrdə onu qıcıqlandıran insanlardan uzaq durduğunu deyib.
Müğənni bəzi insanları zövqsüzlükdə qınayıb:
“Məni sosial şəbəkədə heç nə əsəbiləşdirmir. Çünki məni əsəbiləşdirən şeylərdən imtina edirəm və digər səhifələrə keçirəm. Səni nəsə, kimsə qıcıqlandırırsa, sən daim onları izləyirsənsə, bu mövqe yanlışdır. Bu, zövq anlayışıdır. Təəssüf ki, bu zövq bəzi insanlarda axsayır. Mən ətrafımda olan insanları sevirəm və seçirəm. Onlar da o səhifələri izləmir, hansı ki, mən də izləmirəm. Bütün sosial şəbəkələr alqoritm vasitəsi ilə işləyir”.
“Maraqlıdır, müğənni cəmiyyətin fikirləri ilə hesablaşırmı?”, – Eldar ona ünvanladığımız sualı belə cavablandırıb:
“Cəmiyyətin fikri ilə hesablaşıram. Amma o demək deyil ki, bu fikirlərə riayət etməliyəm, ya da bu barədə çox fikirləşirəm. Xeyr, elə deyil”.
Cəvahir