!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Eldar Qasımov: “Məsafələr əsl sevgi qarşısında acizdir” - VİDEO

!Reklam – Yazi

Müğənni Eldar Qasımov “Məsafələr” adlı yeni mahnı və klipini mediaya təqdim edib.

Yenicag.az xəbər verir ki, müğənni klipi təqdim etmədən öncə mahnını canlı ifa edib.

Qasımov klipi ilə bağlı təəssüratlarını ifadə edib: “Məsafə münasibətlər üçün bir imtahandır. Sevgi böyüdükcə məsafələr azalır. Çəkiliş iki məkanda Xəzər dənizinin sahilində və Xızı dağlarında baş tutub. Onu da qeyd edim ki, hava çox soyuq idi. Dəniz və dağı seçməyimiz əbəs yerə deyil. Çünki hər ikisini də aşıb keçmək çox çətindir. Amma əsl sevgi heç bir məsafəni tanımır. Dəniz nə qədər böyük, su nə qədər çox olsa, dağlar nə qədər hündür olsa da, əsl sevgi bunların heç birinə təslim ola bilməz. Məsafələr əsl sevgi qarşısında acizdir”.

Nurlana İbadullayeva və Fərhad Musayevin birgə məhsulu olan mahnının klipi İlkin Şirinlinin yozumunda ərsəyə gəlib.

Cəvahir

www.yenicag.az

9134
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv