Müğənni Eldar Qasımov onu bəyənməyən insanlara səslənib.
Yenicag.az xəbər verir ki, “Eldarın daşı onun başına”, – deyən müğənni sərt danışıb:
“Məni bəyənməyənlər nə istəyir desin. Eldarın daşı onun başına. Bu mənə təsir də etmir. Çünki, həyatımda hər şey var və heç kimə paxıllıq etmirəm”.
O, yerli şou əhli ilə dostluq etmədiyini də bildirib:
“Məşhurlarla dostluq etmirəm. Toylardan, tədbirlərdən uzaq durmağa çalışıram. Mənlik deyil. Film qalalarında jurnalistlər yaxınlaşıb fikir soruşurlar. Mən orada fikir bildirə bilmərəm. Dostlarıma kənarda deyə bilərəm ki, bu nədir çəkmisən? Qələt eləmisən. Amma bunu efir vasitəsi ilə demək etik deyil”.
ARB TV-nin “Show News” verilişindən olan görüntüləri təqdim edirik:
Nehru