Eldar Quliyev vəfat etdi

Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev vəfat edib.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev “Report”a məlumat verib.

O bildirib ki, Xalq artsiti bu gün səhər dünyasını dəyişib.

Mərhumun harada dəfn olunacağı hələlik dəqiqləşməyib.

Qeyd edək ki, E.Quliyev yanvarın 18-də 80 illik yubileyi günü infarkt keçirərək xəstəxanaya yerləşdirilmişdi. O, fevralın 23-ü evə buraxılmışdı. Lakin vəziyyəti ağırlaşdığına görə aprelin 9-da yenidən xəstəxanaya yerləşdirilmişdi.