Eldardan SƏMİMİ ETİRAF: “Nigarla aramızda…”

Müğənni Eldar Qasımov illər sonra maraqlı fakt açıqlayıb.

Yenicag.az xəbər verir ki, sənətçi Yenicag.ru-ya müsahibəsində duet ortağı, müğənni Nigar Camaldan danışıb:

“O, mənim üçün güclü rəqib idi. Son dəqiqəyə kimi duet ortağı olacağımızı bilmirdik. Aramızda güclü mübarizə gedirdi. Bu kinayə və yaxud nifrət deyildi. Sadəcə, hər ikimiz qalib olmaq istəyirdik. Son dəqiqə duet ortağı olacağımızı öyrəndikdə çox sevindik. Bir-birimizi qucaqlayıb, hər kəsə təşəkkür etdik”.

Qeyd edək ki, Azərbaycanı “Eurovision 2011” mahnı müsabiqəsində Eldar və Nigar təmsil edərək qalib olublar.

Rufina ALİ