Eldəniz Səlimov YAP-dan kənarlaşdırıldı

Polisi döyən deputat Eldəniz Səlimov Yeni Azərbaycan Partiyasının (YAP) sıralarından xaric edilib.

Yenicag.az-ın məlumatına görə, bununla bağlı YAP Xaçmaz rayon təşkilatının İdarə Heyəti qərar imzalayıb.

Qərara əsasən, partiyanın nüfuzuna xələl gətirən hərəkətləri ilə əlaqədar Eldəniz Səlimov YAP üzvülüyündən xaric edilib.