!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Eldəniz Səlimovun mandatı ləğv edilməlidir" - Partiya sədrindən sərt REAKSİYA

!Reklam – Yazi

“Eldəniz Səlimovun hərəkətinə görə Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycan xalqından üzr istəməlidir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında deputat Eldəniz Səlimovun polis əməkdaşını döyüməsini şərh edən AĞ Partiya sədri Tural Abbaslı deyib.

Tural Abbaslı bildirib ki, Eldəniz Səlimovun əməli polisə yox, dövlətə, dövlətçiliyə qalxan əldir:

“Polisə əl qaldıran dövlətin qanunverici orqanının nümayəndəsidir. Əslində polis dolayısı ilə qanunverici orqanın qəbul etdiyi qərarların, qanunların işləməsinə nəzarət edən bir orqandır. Karantin haqqında qərar qəbul edilib, polis onun həyata keçirilməsinə nəzarət edir. Qanun qəbul edən, qanunu icra edən də polisə qarşı şiddət tətbiq edir. Bu o deməkdir ki, harada təmsil olunduğunu başa düşmür. Yaxasında daşıdığı, üçrəngli bayrağın üzərində yazılmış Azərbaycan Respublikası Milli Məclisi sözünün məsuliyyətini anlamır. Bu adam təsadüfi adamdır. Bu adam hüquq mühafizə orqanının nümayəndəsinə qarşı elə davranırsa, başqa situasiyada seçici ilə necə davranar? Hakim partiyanın seçdiyi deputatdır. Hakim partiya, parlament dərhal reaksiya verməlidir. Deputatın toxunulmazlığı var. Bu öz yerində. Ancaq toxunulmazlıqdan istifadə edərək polisə qarşı belə davranırsa, görün digərlərinə qarşı necə davranır?! Çox utancverici bir hadisədir. Dövlətə və hakim partiyaya başaşağılıq gətirən nüansdır. Buna görə Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycan xalqından üzr istəməlidir.

Həmin şəxs deputat adını hörmətdən salmış olur. Dövlətin müxtəlif qollarının bir-birinə qarşı belə münasibəti nəticədə dövlətçiliyə qarşı olan bir münasibətdir. Deputat polisi döyürsə, sadə vətəndaş dövlətə necə etibar edib, güvənsin? Bununla bağlı parlament də, YAP da qərar verməlidir. Eldəniz Səlimovun mandatı ləğv edilməlidir”.

www.yenicag.az

680
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv