!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Eldəniz Zeynalovun 80 illik yubileyi qeyd ediləcək

!Reklam – Yazi

Martın 2-də Azərbaycan Dövlət Teatr Xadimləri İttifaqında xalq artisti, görkəmli teatr və kino aktyoru Eldəniz Zeynalovun 80 illik yubileyi ilə bağlı tədbir keçiriləcək. Tədbirdə Eldəniz Zeynalovun sənət dostları, ailə üzvləri iştirak edəcək. Yubiley tədbiri saat 14.00-də Azərbaycan Teatr Xadimləri İttifaqında keçiriləcək.

Qeyd edək ki, Eldəniz Zeynalov 1937-ci ildə anadan olub. Hələ məktəbli ikən dayısı Həsənağa Salayevin tövsiyəsi ilə Azərbaycan Dövlət Dram Tеatrında uşaq rоllarında çıхış еdib. Teatr İnstitutunda aktyorluq təhsili alıb Tələbə ikən Eldar Quliyevin “Bir Cənub Şəhərində” filmində baş rollardan birinə çəkilib. Məzun olduqdan sonra Akademik Dram Teatrında işə başlayıb. İlk dəfə “Sevil” tamaşasında Gündüz rolunu oynayıb. Sоnralar tеatr və kinоda, tеlеviziya və radiо tamaşalarında, “Mоzalan” satirik kinojurnalının bir çох süjеtlərində yadda qalan оbrazlar yaradıb. Xarici film istehsalçılarının “Dulsineya Tobosskaya” (Mosfilm), “Təyyarələr Enmədi” (Özbəkfilm) filmlərində çəkilib. “Humay” mükafatı laureatı əməkdar artist xalq artisti Eldəniz Zeynalov 2002-ci il noyabrın 5-də dünyasını dəyişib, Yasamal qəbiristanlığında dəfn edilib. Ülviyyə Həsənqızı

Ətraflı: http://www.primetime.az/news,16892,c893c981/page,1/lang,az/

www.yenicag.az

544
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv