Eldənizdən SƏRT REAKSİYA: “Sənət qalır qıraqda, pulu “vid”nə görə verirlər”

“Bu dəqiqə əksər məclislərdə musiqi, sənət qalır axırıncı sırada, bəzi xanım oxuyanlar var ki, pulu onların “vid”inə görə verirlər”.

Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış müğənni Eldəniz Məmmədov deyib.

Sənətçi bayağı müğənnilərin bu gün toy bazarında meydan suladıqlarını təəssüf hissi ilə bildirib:

“Son vaxtlar hər şeyin qiyməti qalxıb. Sosial vəziyyətlə əlaqədar qyimətlərdə müəyyən artım etmişik. Amma camaatın da vəziyyətini nəzərə alırıq. Məkandan asılı olaraq qiymət deyilir. Elə müğənnilər var ki, qiymət “oxuyur”, amma inanmıram ki, onun “oxuduğu” qiyməti müştərilər ona versin. Bu dəqiqə əksər məclislərdə musiqi, sənət qalır axırıncı sırada, bəzi xanım oxuyanlar var ki, pulu onların “vid”inə görə verirlər.

Mənim bir tanışım uşağına məclis keçirirdi. Qohumu deyir, filan xanım müğənnini çağır. Amma onun heç oxumaqdan xəbəri yoxdur. Dedim, sən müğənni dəvət edirsən, yoxsa vidinə baxmaqdan ötrü qadın?

Təəssüf ki, vidə fikir verirlər, sənət qalır axırıncı yerdə. Bu sənət hara gedir, bilmirəm. Belə deyim var, mərdi qova-qova namərd edirlər. Təəssüf ki, belələri o qədər çoxluq təşkil edirlər, artıq onlara deyə də bilmirsən ki, sən müğənni deyilsən, vidinlə tutuzdurursan. Belə olmaz axı. İnsanları çaşdırmaq lazım deyil.

Sözsüz ki, musiqini bilən bilir, amma son vaxtlar bayağıların sayı artıb. Bayağının bayağınsını efirə dəvət edirlər. Özü də onu elə sənətkarlarla eyni verilişə çağırırlar ki, adam özü onun yerinə utanır. Ürəyimdə deyirəm, ay qardaş, axı sən niyə onunla eyni verilişə çıxırsan? Axı o, müğənni deyil. Sən elə həmin dəqiqə o efiri tərk etməli idin. Biabırçılıqdır.

Başlayanda 2 manata oxuyan sonra yavaş-yavaş elə qiymətə toya gedir ki, o pulu heç sənətkara vermirlər”.

Cəvahir

COP29