!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Elə bil hamısının "knopka"sını eyni vaxtda basırlar" - Siyavuş Novruzov

!Reklam – Yazi

YAP-çı deputat xarici mərkəzlərin Azərbaycana qarşı növbəti kampaniyaya başladığını bildirib.

Yenicag.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən hakim partiyanın nümayəndəsi Siyavuş Novruzov Azərbaycana qarşı yeni kampaniyanın start götürdüyünü deyib.

Siyavuş Novruzovun sözlərinə görə, həm xarici mərkəzlər, həm də xaricdəki azərbaycanlı mühacir qruplar eyni vaxtda hərəkətə keçiblər:

“Avropa Liqasının finalı ərəfəsində, o cümlədən Bürusseldə keçirilən Şərq Tərəfdaşlıq proqramı üzrə sammitdən sonra Azərbaycana qarşı kampaniya xeyli güclənib. Azərbaycanda vəziyyətin normal olmadığını iddia edən mərkəzlər də xeyli hərəkətə keçiblər. Biz əslində bu məsələdən danışmalıyıq. Çox təəssüf ki, məsələdən məlumatı olan da, olmayan da bu barədə danışmaq istəyir. Səməd Seyidov çox doğru demişdi ki, kimin məlumatı yoxdursa, bu barədə danışmasın. Ancaq təəssüf ki, onun bu sözlərinə fikir verilmir. İndisə gördüyümüz odur ki, xarici dairələr, Azərbaycanın inkişafını gözü götürməyən qüvvələr, o cümlədən xaricdə olan azərbaycanlı mühacirlər eyni vaxtda hərəkətə keçiblər. Onların elə bil “knopka”sını eyni vaxtda basırlar və Azərbaycana qarşı eyni ittihamları irəli sürürlər. Biz bu barədə danışıb, hər zaman onların iddialarının əsassız olduğunu ortaya qoymalıyıq”.

A.Zeynalov

www.yenicag.az

3733
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv