Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Elə kanallar var, AzTV-dən qabağa keçmək istəyir, amma…” - Cahangir Məmmədli

“Elə kanallar var ki, AzTV-dən qabağa keçmək istəyir. Amma keçə bilmirlər…”

Yenicag.az xəbər verir ki, bu sözləri BDU-nun jurnalistika fakültəsinin jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri Cahangir Məmmədli Teleradio Akademiyasında “Qloballaşma dövründə televiziya və radionun inkişaf tendensiyaları və perspektivləri” mövzusunda keçirilən seminarda deyib.

O, AzTV-nin həmişə məktəb rolu oynadığını bildirib:

“Teleməkanda güclü rəqabət var. Siz elə mühitdəsiniz ki, burada ömrünü, həyatını Azərbaycan Televiziyasına və Radiosuna həsr edən peşəkarlardan dərs alırsınız. AzTV birinci yerdə dayanır və siz də onun bu yerdə qalması üçün çalışan adamlarsınız”.

Qeyd edək ki, tədbir Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professor-müəllim heyətinin iştirakı ilə baş tutub.

Cəvahir

www.yenicag.az

3940
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM