!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ələkbərov "LUKoil"i oğluna etibar etmir - Yeni varis kim olacaq?

!Reklam – Yazi

Rusiyanın ən nəhəng neft-qaz şirkətlərindən olan “LUKoil”in banisi və prezidenti, azərbaycanlı milyarder Vahid Ələkbərov davamçı yetişdirmək barədə düşünür.

Yenicag.az “Bloomberg”ə istinadən xəbər verir ki, bunu müsahibəsində Ələkbərov özü təsdiqləyib. Şirkət prezidenti bu postda hələ 3-5 il qalmalı olduğunu da qeyd edib:

“Bu gün Rusiyada rəqabət istiqamətində risklər mövcuddur. Mənim üçün Rusiyada risklərin öhdəsindən gəlmək hər kəsdən daha asandır. Hesab edirəm ki, növbəti 3-5 il ərzində bu postda qalmalıyam”.

Öz yerinə davamçı yetişdirmək istədiyini qeyd edən Ələkbərov bu vəzifədə oğlunu görmədiyini deyib:

“Əgər məndən soruşsaydılar ki, “bu davamçı oğlum olacaq, ya yox?”, cavabım “yox” olardı. Bu iş oğluma vəsiyyət edilməyəcək qədər çətindi”.

Xatırladaq ki, Ələkbərov daha öncə də oğlunun ondan qalan səhm paketini satmaq və ya hissələrə ayırmaq hüququna malik olmayacağını açıqlamışdı.

Qeyd edək ki, 27 yaşlı Yusif Ələkbərov 2012-ci ildə neft yataqlarının işlənməsi və istismarı ixtisası üzrə İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetini bitirib.

www.yenicag.az

1621
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv