Elektrik cərəyanı 24 yaşlı qadını vurdu

Yardımlı rayonunda qadını elektrik cərəyanı vurub.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Hanuba kəndində baş verib.

Kənd sakini, 1995-ci il təvəllüdlü Zeynəb Şükürova yaşadığı evin həyətində elektrik naqilinə birləşdirilmiş su motorundan istifadə edərkən ehtiyatsızlıqdan onu elektrik cərəyanı vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

COP29