!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elektrik enerjisinin istehsalı və ixracı artdı

!Reklam – Yazi

Ötən ilin eyni ayı ilə müqayisədə elektrik enerjisinin istehsalı və ixracı əhəmiyyətli dərəcədə artıb. Belə ki, cari ilin iyulunda 2,13 milyard kilovat/saat elektrik enerjisi istehsal edilib, bu da keçən ilin müvafiq ayına görə 50 milyon kilovat/saat və ya 2,4 faiz çoxdur.

“Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və media mərkəzindən Yenicag.az-a bildirilib ki, keçən ilin iyul ayı ilə müqayisədə qonşu ölkələrə elektrik enerjisinin ixracı da dəfələrlə artıb.

Bunun isə əsas səbəbi ötən ilin iyulunda enerji sistemində qəza baş verməsi nəticəsində yaranan böhran, bu il isə “Reabilitasiya Proqramı” çərçivəsində görülən işlər nəticəsində elektrik stansiyalarının texniki imkanlarının müəyyən qədər artması, qonşu dövlətlərə, xüsusilə Gürcüstana müqavilə əsasında daha çox elektrik enerjisi tədarük edilməsini şərtləndirib.

Belə ki, ötən ilin iyulunda qonşu dövlətlərə 10,4 milyon kilovat/saat elektrik enerjisi ixrac edildiyi halda, bu il eyni ayında 101,8 milyon kilovat/saat elektrik enerjisi ixrac olunub.

www.yenicag.az

842
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv