Çinin cənubunda, Quançjou şəhəri yaxınlığında istilik elektrik stansiyası çöküb.
Hadisə nəticəsində 9 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Dağıntılar altında qalanların dəqiq sayı məlum deyil.
Qeyd edək ki, ötən ilin noyabr ayında Çinin Çzyansi əyalətində elektrik stansiyasının soyutma qülləsinin çökməsi nəticəsində 74 nəfər ölmüşdü.
Yeniçağ.az