“Parklanma yerlərində fiziki qüsurlu şəxslər üçün xüsusi yerlər ayrılıb. Bu təqdirəlaiq addımdır. Bununla yanaşı parklanma yerlərində elektrikli avtomobillər üçün də xüsusi yerlərin ayrılmasını təklif edirəm”.
Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.
O bu addımın elektrikli avtomobillərə keçidin sürətlənməsinə təkan verəcəyini düşünür.